Modern.az

Sumqayıtda narkomaniya və AİDS-ə qarşı tədbirlər gücləndirilib

Sumqayıtda narkomaniya və AİDS-ə qarşı tədbirlər gücləndirilib

18 Sentyabr 2009, 16:27

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının və Qlobal Fondun maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat uğrunda” layihəsi çərçivəsində Sumqayıtda gənclər arasında narkomaniya və AİDS-ə qarşı maarifləndirici tədbirlər gücləndirilib. Gənclər üçün Təhsil Mərkəzindən Modern.az-a verilən məlumata görə, 1 il müddətində həyata keçiriləcək layihə çərçivəsində Sumqayıt şəhərində “yardım məntəqəsi” yaradılıb ki, bu da layihənin reallaşmasına xidmət edir. Yaradılmış məntəqə gənclər üçün təlim və profilaktik tədbirlər təşkil etməklə yanaşı, narkotikə aludə olan gənclərin həkimlərə göndərilməsini, psixoloji və hüquqi yardımlar almasını tənzimləyir.

Qeyd edək ki, bu günədək 1500-dən çox gənc bu layihədən birbaşa bəhrələnib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi