29 May 2018, 17:03 | Ana Səhifə - Yazılar - Avropa futbolunda mövsümün son qeydləri...
Avropa futbolunda mövsümün son qeydləri...

Vüsal Bağırlı


Bukmekerlərdən tutmuş, futbol dəllallarına, agentlərinə və qızğın tamaşaçılarına qədər hər kəsin diqqəti “Böyük Beşlik” ölkələrinə yönəldiyindən, söhətimi də bu sərhədlər hüdudunda aparmağa çalışacam. Ümidvaram bu yazıya ayırdığınız bir neçə dəqiqəlik zamana görə peşman olmayacaqsınız.

Braziliyalı Ronaldo onun haqqında deyir: “İniyesta “Qızıl top”a layiq idi, heyif ki, bu ona qismət olmadı. Eybi yoxdur, onsuz da Andres tarixdə ən yaxşı ispan futbolçu kimi xatırlanacaq”.

Onun sözlərində həqiqət var. Bəli, o doğma klubunu gözyaşları ilə tərk etdi, fəqət, “Barselona” 2017-2018-ci mövsüm ili üzrə İspaniya çempionu oldu və ölkə kubokunu  qazandı.

Kataloniyalıların əzəli və əbədi rəqibi, “mehriban düşmən”i kral klubu “Real” isə “göy-qırmızı”ların ölkədaxili uğuruna növbəti möhtəşəm Avropa zəfəri ilə cavab verdi. Nə qədər inanılmaz olsa da, onlar dalbadal 3-cü il “Çempionlar Liqası”nın nəhəng samovara bənzəyən gümüşü kubokunu başları üzərinə qalırdılar.

Ya zəlzələdənmi, ta vəlvələdən, “Real” bu müddət ərzində “Barselona” ilə ÇL-da bir dəfə də olsun üz-üzə gəlmədi. Amma bütün planet əhalisi onların finalda olmasa da, heç olmasa yarımfinalllarda qzrşılaşmalarını dırnaq yeyici səbirsizliklə gözləyirdilər.

İndi bütün dünyanı qütblər kimi iki hissəyə bölən “Real-Barsa” azarkeşləri gələn mövsümə qədər (hələ bəlkə də daha çox) mübahisə edəcəklər- Çempionlar Liqası qalibiyyəti daha önəmlidir yoxsa, La Liqa zəfəri?!

Dumanlı Albionda futbol mövsümü bəzi kiçik sürprizlərlə yadda qaldı. Burada Liverpul şəhərinin aman-zaman yalnız komandası, az qala Londonu təmsil edən döyüşkən nəhənglərin, “Arsenal”, “Tottenhem”, “Çelsi” və iki Mançesterlərin arasında qalaraq məhv olacaqdı.

Yurgen Klopp bu döyüşlərdən başucalığı ilə çıxsa da İngiltərədə  yenə  “Barselona” qələbə qazandı. Yox, Kataloniya İspaniyadan ayrılıb Dumanlı Albiona üz tutmadı, fəqət bu klubun yetişdirib ərsəyə gətirdiyi “tiki-taka” oyun üslubu, sürətli divar paslaşması metodu bütün taktikalardan üstün oldu. Beləliklə, Premyer liqa “Barselona”sı sayılan Qvardiolanın “Mançester Siti”si çempionatda rəqib tanımadı və sona 5 tur qalmış adadakı 3-cü çempionluğunu elan etdi.

“Siti”lilərin uğuru fonunda o biri titanlar olduqca zəif təsir bağışladılar. Yalnız Liverpulu çıxmaq şərti ilə. Bu klub olduqca qeyri-adi və ziddiyətli oyun üslubu nümayiş etdirdi. Bütün mövsüm ərzində başda Salah və Firmino olmaqla hücum xətti ideal təsir bağışlasa da, müdafiə və qapıdakı problemlər komandanı həlledici məqamlarda axsatdı.
 

İngiltərə dünya futboluna bu il həm də Məhəmməd Salah fenomeni bəxş etdi. Stadionlarda fırtına kimi əsən misirli meydandan kənarda öz təvazökarlığı, sadəliyi ilə milyonların rəğbətini qazandı. Bu il “Qızıl top” uğrunda mübarizədə onun “Tviks” cütlüyə, Kriştianu və Leoya başağrısı olacağı gözlənilir.

Böyük beşliyin digər çempionatlarında maraqlı, qeyri-adi sayılacaq hadisələr, sürprizlər baş vermədi: “PSJ” və “Bavariya” növbəti çempionluqlarını qazandılar.

Yalnız İtaliyada, “Yuventus”la “Napoli” nəsə mübarizə imitasiyası yarada bilsələr də, son turlarda “Napoli”nin “Fiorentina”ya gözlənilməz məğlubiyyəti bütün gözləntiləri puç-heç etdi.

Artıq qarşıdan dünya çempionatı, mundial gəlir və klub komandalarının oyunlarından bezara gəlmiş tamaşaçı və azarkeşlər, yığmaların mübarizəsini aşkar səbirsizliklə gözləyirlər.

Beləliklə mövsüm bitsə də əlahəzrət FUTBOL davam edir... 

Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Soydaşlarımız Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz etdilər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03 Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO 4 Dekabr 2020, 12:00 Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Azərbaycan tarixdə heç zaman bu qədər güclü olmamışdı 4 Dekabr 2020, 11:40 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?