Modern.az

Azərbaycan benzini olmasaydı, Ermənistanda kəskin bahalıq olardı - Erməni nazir

Azərbaycan benzini olmasaydı, Ermənistanda kəskin bahalıq olardı - Erməni nazir

Dünya

Bu gün, 14:02

Əgər Ermənistana neft məhsullarının, xüsusilə Azərbaycan benzininin alternativ tədarükü olmasaydı, ölkənin yanacaq bazarında qiymətlər faizlərlə deyil, dəfələrlə və ya ən azı bir neçə yüz dram artardı.

Modern.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin növbəti iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Benzinin qiyməti bütün dünyada kəskin artıb. ABŞ-da, Avropada və ya Asiyada, ümumiyyətlə dünyanın istənilən yerində tanışlarınız varsa, onlardan qiymətin neçə faiz deyil, neçə dəfə artdığını soruşun. Əslində isə Ermənistanda qiymət artımı dünyada ən aşağı göstəricilərdən biri olub. Kəskin qiymət sıçrayışına yol verməmək üçün biz onu Azərbaycandan idxal etdik.

Ermənistanda benzinin qiyməti bahalaşıb, buna kim etiraz edir? Amma demək istəyirəm ki, alternativ olmasaydı, Ermənistanda benzinin qiyməti, ehtimal ki, bir neçə yüz dram artardı”, - deyə nazir bildirib.

Papoyan əlavə edib ki, Ermənistandakı vəziyyəti dünyanın qalan hissəsindən ayrı nəzərdən keçirmək olmaz. Onun sözlərinə görə, Hörmüz və ya Bab əl-Məndəb boğazlarında problemlər yaranarsa və ya dünya bazarında neftin qiyməti yeni rekord həddə çatarsa, bu, qaçılmaz olaraq yanacağın maya dəyərinə təsir edir.

Nazir bildirib ki, çıxış yolu mümkün qədər çox tədarük mənbəyinə sahib olmaqdır. Bu, müsbət dəyişikliklərdən maksimum yararlanmağa və mənfi təsirləri minimuma endirməyə imkan verir.

Papoyanın sözlərinə görə, eyni yanaşma mayeləşdirilmiş qaza və ümumilikdə enerji daşıyıcılarının qiymətlərinə də aiddir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada