01İyun | Ana Səhifə - Yazılar - Yoxa çıxmış uşaqlar…
Yoxa çıxmış uşaqlar…

Vüsal Bağırlı

Uşaq yoxa çıxıb. Yaxınları tərəfindən axtarışa verilir. Hamı, valideynləri, qohumları, hüquq-mühafizə orqanları, axtarış-xilasetmə qüvvələri hər yeri ələk-vələk edir. Amma, nəticə yoxdur.

Ağıla min cür pis-mis, qara-qura fikirlər gəlir. İtgin düşübmü, azıbmı, oğurlanıbmı, orqan mafiyasımı və sair.

Lakin, yaxşı ki, bəzən hadisələrin sonrakı gedişi müsbət məcrada inkişaf edir. Məsələn bu yaxınlarda Quba rayonunun Əski İqrığ kəndi ərazısındəki meşəlikdə itgin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu sağ- salamat tapıldı və “happy end” sonluqla öz ailəsinə qovuşdu.

Bəs uşaq itibsə, yoxa çıxıbsa nə etməliyik!?

Bu yazıda, həmin məsələləri əhatə etməyə çalışacayıq.

Uşaqlara şəhərdə oyrədilməsi vacib olan təhlükəsizlik qaydaları hansılardır?

Amerikalı rejissor Ron Hovardın, baş rollarını Mel Gibsonla, Rene Russonun ifa etdiyi “Girov” (Ransom) filmində süjet xətti gərgin və dramatik çalarlarla inkişaf edir. Ailənin kiçik yaşlı övladı girov götürülür və bunun əvəzində 2 milyon dollar pul tələb olunur. Pulu verəcəyi təqdirdə övladının öldürüləcəyini dərk edən ata gözlənilməz qərar qəbul edir və bu qərar uşağın xilasına səbəb olur.

Lakin, belə ağır vəziyyətlərdə həmişə düzgün qərarlar vermək hamıya müyəssər olmur.

Ümumiyyətlə, dünyada uşaq oğurluğu iki yerə bölünür: “Xöşniyyətli” və “Bədniyyətli”

Əgər uşağı, əvəzində nə isə qopartmaq, pul tələb etmək, yaxud övladlığa götürmək məqsədi ilə oğurlayırlarsa bu “xöş niyyətli”lik sayılır. Yəni, burada son məqsəd uşağa zor tətbiq etmək, onu öldürmək deyil, yalnız gəlir əldə etməkdir.

Yox, əgər uşağa işkəncə vermək, daxili orqanlarından istifadə etmək, qətlə yetirmək üçün öğurlayırlarsa bu “bədniyyətli”likdir.

Dünya üzrə uşaq oğurluğu statistikası həqiqətən də dəhşət saçır. Oğurlananların, nə az, nə çox, düz 75 faizi tələf olur, öldürülür, qətlə yetirilir, tapılmır.

Valideynlərin əksəriyyəti hind mantrası kimi, bir kəlməni təkrar etməyi xoşlayırlar:

-       Bax tanımadığın adamlarla heç yerə getmə a, eşitdin?

Amma, hər şeyə inan və sadəlövh uşaq psixologiyasını inandırmaq elə də çətin deyil.

-       Qəşəng qız, nə olar, gedək, orada bir xala yıxılıb, ona yardım edək?!

 

-       Yaxşı oğlan, stulları yuxarı mərtəbəyə daşısan sənə hədiyyə verəcəm.

Bu tip xahişlərin, çağırışların, müraciətlərin cavabı yalnız “YOX” kəlməsi olmalıdır.

Uşaqlara anlatmaq lazımdır ki, yetkin yaşlı insan öz problemlərini başqa yetkin insanın köməyi ilə çözməlidir, daha uşaqla yox. Buna görə də, uşaqlara “yox” sözünün əzbərlədilməsi olduqca vacibdir.

Qapının zəngi çalınır. Uşaq soruşur:

-       Kimdir?

Cavab gəlir. Bir-iki replikadan, xahiş, minnət dialoqlarından sonra qapının o biri tərəfində duran şəxs səsinin tonunu qaldırır:

-       Biz indi səninlə axşama qədər qapının arxasından söhbət edəcəyik!?”

İnamsız, kövrək uşaq psixologiyası dözmür və qapını açır.

Bəzən, uşaqlar utancaq, çəkingən olur, yetkin, böyük yaşlı insanın avtoriteti, səs tonu ona nüfuzedici və həlledici təsir göstərir.

Uşaqların belə vəziyyətlərdə müəyyən cavablandırıcı söz ehtiyatına malik olması vacibdir. Məsələn, “Bağışlayın, tələsirəm”, yaxud, “Anam tanımadığım şəxslə söhbət etməyimə qəti icazə vermir”

Valideynlər övladlara bir yerə, məktəbə, yaxud məşğələyə gedərkən, ictimai gediş-gəlişin intensiv olduğu, işıqlı küçələrlə hərəkət etmələrini öyrətməlidir. Biz onlara yoldakı minimum təhlükələri izah etməli, onunla tez-tez əlaqə yaratmalı, hansı zamanda harada ola biləcəyini təxmin etməliyik.

Uşağa izah etmək lazımdır ki, kimi eşitməli, kimin göstərişlərinə sözsüz əməl olunmalıdır. Bunlar valideynlər, sevimli nənəylə baba və müəllimdir. Yad adamlar, başqa “xala”, “əmi”lər əmr və göstəriş verə bilməzlər.

Yaxşı olardı ki, uşaqların üzərində onların ünvanını, kimliyini, əlaqə nömrələrini bildirən brelok və ya vizitka olsun. Bunu övladınızın cibinə qoya, paltarının astarına tikə bilərsiniz. Əgər uşaq bir az böyük yaşdadırsa ona ünvanı, əlaqə nömrələrini əzbərtlətmək mütləq şəkildə lazımdır.

Meşədə necə sağ qalmaq olar?

Uşaq vaxtı müəllifini unutduğum bir povest oxumuşdum. Bir dəstə uşaq meşədə azır və ağır şərtlər daxilində mübarizə apararaq, sağ qalmağa çalışırlar. Bir müddət sonra, onlar aclıqdan, susuzluqdan, duz çatışmamazlığından əziyyət çəkməyə başlayırlar. Belə vəyiyyətlərdə, insan xarakterinin naməlum cəhətləri, qorxaq ya cəsur olması üzə çıxır, aşkarlanır. Onlar giləmeyvələrlə qidalanır, ot-ələf yeyir və günəşin, kölgənin köməyi ilə cəhətləri təyin etməyə çalışırlar. Nəhayət, bir sıra əzab-əziyyət və qəzavü-qaldan sonra onlar xilas yolu tapırlar. Tutmaq istəyərkən uşaqların əlindən sıyrılıb xilas olan keçinin buynuzuna ilişib qalan uşaq papağı, sonradan onların xilası üçün bir vasitəyə çevirilir. Keçini meşədə tutan ovçular, onun buynuzuna ilişmiş “dəlil-sübutdan”, uşaqların hələ də sağ olduğunu anlayırlar. Beləliklə, bütün kənd ayağa qalxır və uşaqlar tapılır.

Uşaqların meşədə itməsinə bir çox hallarda, valideyn nəzarətsizliyi səbəb olur. Onlar adətən, meşəyə gəzməyə, giləmeyvə və göbələk yığmağa getdikdə də azırlar.

Bəs meşədə azan, itgin düşən uşaqlar üçün ən təhlükə törədən amil hansıdır? Canavarlar? Ayı? Qaranlıq və qorxu?

Xeyr. Nə qədər qəribə olsa da bu, H2O-dur. Yəni, həyat mənbəyi- “Su”. Daha doğrusu, su hövzəsi. Statistika sübut edir ki, təbiətdə, meşədə azan uşaqların dərin suya, gölə düşərək boğulmaq ehtimalı kifayət qədər yüksəkdir.

Başqa təhlükə mənbələri, soyuq hava, aclıq, göbələk və giləmeyvələrdən zəhərlənmə, hündür yerdən yıxılma ehtimallarıdır.

Digər tərəfdən, şəhər üçün tələb olunan qayda və qanunlar meşədə işləmir. Burada, istənilən yad insana kömək üçün müraciət etmək olar. Meşədə qarşılaşdığımız hər bir şəxs xilas olmaq üçün əlavə şansdır.

Əziz valideynlər, uşaqlara xəritəni, kompası, coğrafi cəhətləri öyrətməyi unutmayın.

Şablon da olsa, yazımı bu sözlərlə tamamlayıram: “Uşaqları qoruyaq - Onlar bizim və özlərinin gələcəyidirlər”.

Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrların ali məktəblərə qəbul qaydaları təsdiqləndi 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Mesut Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25