Modern.az

"Eşq" xəstəliyindən Müalicə Mərkəzi açılıb

"Eşq" xəstəliyindən Müalicə Mərkəzi açılıb

21 Sentyabr 2009, 00:57

Türkiyənin İstanbul şəhərində "eşq" xəstəliyindən əzuyyət çəkənlər üçün Müalicə Mərkəzi fəaliyyət göstərir. Bu, həmin xəstəliyi müalicə etmək üçün mütəxəssislərin yaratdığı ilk xəstəxanadır. Artıq bu mərkəzdə eşq asılılığından əziyyət çəkən 100 nəfər şəfa tapıb. Mərkəzin həkim-psixoloqu Alper Aksoy Türkiyənin "Səhər" qəzetinə bildirib ki, "eşq" xəstələrinin çoxu qadındır. A.Aksoy, eşq asılılığını belə təsvir edir: "Məsələn, bir nəfər səhv olduğunu bildiyi halda əks cinsin nümayəndəsilə əlaqəni yaşamağa davam edirsə, "o, yoxsa mən də yoxam" deyirsə, o adamdan ayrılmaq onun üçün ölümə bərabərdirsə, bu kəslər eşq asılısıdır. Bundan başqa, adam cəmiyyətdən mücərrədlənmiş bir şəkildə özünü qarşısındakına həsr etmişsə, ya da boşandığı halda əlaqəsini heç cür bitirə bilmirsə, asılı ola bilər".
Eşq asılılığının siqaret və spirt asılılığı kimi təbii olduğunu söyləyən
A.Aksoy təəccüblü bir nümunə verib: "Əsli adında bir xəstəm kişi yoldaşı tərəfindən yolda avtomobildən atılmışdı. Buna baxmayaraq bu adama aşiq olduğunu söyləyirdi. Müalicənin ilk seansında kişi yoldaşı üçün 'O məni hələ sevir deyilmi ?' deyə soruşurdu. Müalicə nəticəsində eşq asılılığından qurtuldu".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir