4 İyul 2018, 13:18 | Ana Səhifə - Yazılar - Hər bir işdə xeyir var....
Hər bir işdə xeyir var....

Vüsal Bağırlı


Yay mövsümü maraqsız, yeknəsəq və darıxdırıcı keçirdi. Bir tərəfdən də istilər (deyilənə görə, son 120 ilin ən dəhşətli) nəfəsimizi tamam kəsmişdi. Əldən, dildən düşmüşdük.

İşığın olmaması, hər tərəfin qaranlığa, zülmətə baş vurması bir sıra pozitiv məsələləri, faydalı məqamları üzə çıxardı və  mən də bunları sizinlə bölüşmək qənaətinə gəldim.

Məsələn, işıqlar sönəndə kitab oxumaq istəyirdim. Fikirləşdim, elə yaxşı ki, alınmadı, onsuz da kitab filan oxumuruq.

Əvvəla, yazıçıların, əsər, proza, roman müəlliflərinin bir-birindən qəliz adlarını yadda saxlamaq qeyri-mümkündür.

Mütaliə həm də çox ziyanlı vərdişdir, gözə zərərdir. Kitab həvəskarları adətən pis görürlər, eynək taxırlar.

Bundan başqa, şkaflara düzülmüş cild-cild kitablar otaqda əlavə yer tutur, çirk mənbəyidir. Kitabı ki, tərpətdin toz-tozanaq evi bürüyür. Elə bir öskürmə-asqırma prosesi start götürür, gəl görəsən.

Kitablar, vərəqlər həm də ağacdan hazırlanır, biz isə meşələrin qırılmasına, təbiətin məhv olmasına qətiyyən razı ola bilmərik.

Qaranlıqda mütaliə işini buraxıb yan otağa keçdim. Qəflətən dizim kreslonun tutacağına dəydi, büdrəyib stulların üstünə yıxıldım.

Birdən kəskin susuzluq hiss edib, ağrıdan ufulduya-ufulduya soyuducuya yaxınlaşdım. İşləmir. Eh, lap yaxşı. Lazım deyil. Soyuq mayelər, qidalar boğaza və mədəyə pis təsir edir.

Otaqda hava dayanıb. Tərli bədənimə yapışmış köynəyim dərimin bir hissəsinə çevirilməkdədir. Alnımdakı damlalar puçurlanıb, sanki yarışa giriblərmiş kimi sürətlə yanaqaşağı yuvarlanırlar. Əlim qeyri-ixtiyari pulta tərəf gedir. Fəqət kondisioner də işləmir. Cəhənnəmə işləsin. Bu cihazdan istifadə bakterial xəstəliklərə, baş ağrısına, dəri problemlərinə, müxtəlif əzələ ağrılarına səbəb olur.

Bir də ki, ümumiyyətlə pozitiv olmaq lazımdır.

İşıqlar olmayanda daha erkən yatır və sübhdən oyanma imkanı əldə edirik.

İşığın olmaması, həm də televiziya və internetin də olmaması deməkdir. Yəni insanlar daha çox ünsiyyət qurur, söhbətləşir, mehriban olurlar. Onsuz da, televiziyada fərli-başlı verilişlər olmur, saytlar da ancaq pis xəbərlər verir.

Elektrikin kəsilməsi bizi ictimai nəqliyyatdan da mümkün qədər az istifadə etməyə vadar edir. Demək, daha çox açıq havada gəzir,  yeriyir, sağlam qalırıq.

İşıqlar sönəndə göy, səma, asiman da daha aydın görünür, sanki yaxına gəlib adamlarla söhbət etmək istəyir.

Nəhayət ən əsası: işiğın olmaması, həm də qənaətdir.

Məşhur futbolçu öldü 19 Sentyabr 2021, 17:39 Lənkəranda piyadalara yol verməyən sürücülər cərimələndi 19 Sentyabr 2021, 17:24 Yaponiya silkələndi 19 Sentyabr 2021, 17:02 Ötən gün peyvənd olunanların sayı - STATİSTİKA 19 Sentyabr 2021, 16:50 Azərbaycanda yoluxanların sayı açıqlandı 19 Sentyabr 2021, 16:38 Somalidə hava limanı partladıldı 19 Sentyabr 2021, 16:25 Şəhid övladı Şuşada ad gününü qeyd etdi 19 Sentyabr 2021, 16:11 ABŞ-da qızılın qiyməti rekord vurdu 19 Sentyabr 2021, 16:01 İrandan Zəngəzurda həbs olunan sürücülərlə bağlı AÇIQLAMA 19 Sentyabr 2021, 15:49 Türk ordusu daha 10 terrorçunu məhv etdi 19 Sentyabr 2021, 15:39 Baydendən Makrona söhbət təklifi 19 Sentyabr 2021, 15:26 Rusiyada parlament seçkilərinin seçici statistikası 19 Sentyabr 2021, 15:15 Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı 19 Sentyabr 2021, 15:07 Tennisçimiz beynəlxalq turnirin qalibi oldu 19 Sentyabr 2021, 14:51 Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "...Çətinlik aradan qalxacaq" 19 Sentyabr 2021, 14:38 Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ 19 Sentyabr 2021, 14:24 Misirdə fironlara aid ayin alətləri tapıldı 19 Sentyabr 2021, 14:21 Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ 19 Sentyabr 2021, 13:59 Çempionlar Liqasında yer almayan ən bahalı futbolçular - SİYAHI 19 Sentyabr 2021, 13:45 ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı 19 Sentyabr 2021, 13:34 Berlində Almaniya azərbaycanlıları ilə görüş olub 19 Sentyabr 2021, 13:25 Qanunsuz sərnişin daşıyanlar cərimələndi - FOTOLAR 19 Sentyabr 2021, 13:25 Samux sakini yıxılaraq öldü 19 Sentyabr 2021, 13:15 Gorus-Qafan yolunda iki erməni İTİB 19 Sentyabr 2021, 13:12 Deputat şəhid ailələrini ziyarət etdi - FOTOLAR 19 Sentyabr 2021, 13:05 “Mossad” iranlı nüvə alimini robot-pulemyotla güllələyib 19 Sentyabr 2021, 12:59 Koronavirusa yoluxan cərrah reanimasiyaya yerləşdirildi 19 Sentyabr 2021, 12:51 Hindistanda koronavirusdan ölüm sayı yarım milyona çatdı 19 Sentyabr 2021, 12:49 Qaradağda gənc oğlan bıçaqlandı 19 Sentyabr 2021, 12:37 Paşinyanı ələ saldılar: “Ermənistanın selfi çempionu”... 19 Sentyabr 2021, 12:35 ABŞ dünya ölkələrinə 500 milyon doz "Pfizer" paylayacaq 19 Sentyabr 2021, 12:28 Tehran: "Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür" 19 Sentyabr 2021, 12:20 Sabahın havası: bir külək əsəcək ki... 19 Sentyabr 2021, 12:12 Cəlilabadda qədim məzarlıq aşkarlandı 19 Sentyabr 2021, 12:08 Azərbaycanlı qadınlar bir ildə bu qədər aborta gediblər - Aralarında 15-17 yaşı olanlar da var 19 Sentyabr 2021, 12:01
SORĞU Hansı vaksinə etibar edirsiniz?