Modern.az

Hansı qəzetin öz ofisi var?

Hansı qəzetin öz ofisi var?

23 Sentyabr 2009, 17:39

Azərbaycanda Kütləvi İnformasiya Vasitələri üçün əsas problemlərdən biri ofis məsəlsəsidir. Üzdə olan qəzetlərin əksəriyyəti müxtəlif ünvanlarda icarə əsasında fəaliyyət göstərir. Ofis məsələsi qəzetlərin əzəli probleminə çevrilib. «Xalq Cəbhəsi» qəzetindən Modern.az-a bildirilib ki, digər KİV-lərdən fərqli olaraq bu mətbuat  orqanının özünün ofisi var. Ən əsas problemi həll etdiyinə görə «Xalq cəbhəsi»ni xoşbəxt saymaq olar. Qəzet Yasamal bazarına yaxın ərazidə yerləşən ofisə bir müddət öncə köçüb. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, hazırda fəaliyyət göstərdikləri ofis onların özlərinindir. 

«525-ci qəzet»in isə özəl ofisi yoxdur. Qəzet TərcüməMərkəzinin binasında kirayə otaqlarda fəaliyyət göstərir.

«Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı şəxi ofisə sahib olmadıqlarını bildirib. Ofis almaq barədə daim düşündüklərini deyən E.Şıxlının sözlərinə görə, hazırki vəziyyətdə bu istəyi reallaşdırmaq mümkün deyil. 

«Ədalət» qəzeti də özəl ofisi olmayan gündəlik nəşrlər sırasına daxildir. Baş redaktor İradə Tuncayın sözlərinə görə, uzun illərdir «Azərbaycan» Nəşriyyatında icarədardırlar. Baş redaktor bildirib ki, maddi imkanları o gücdə deyil ki, yaxın gələcəkdə özəl ofis ala bilsinlər.

«Şərq» qəzeti də «Azərbaycan» Nəşriyyatında icarə əsasında fəaliyyət göstərən azsaylı gündəlik nəşrlərdən biridir. 

«Bakı xəbər»in baş redaktoru Aydın Quliyev deyib ki, onlar da  «Azərbaycan» Nəşriyyatından icarədardırlar: “Əlimizə düşən ilk fürsətdə ofis almağa çalışacağıq”. «Gündəlik Bakı»nın təsisçisi və baş redaktoru Habil Vəliyev metronun «Elmlər Akademiyası» stansiyasına yaxın ərazidə özəl ofisə malik olduqlarını deyib.

«Həftə içi» qəzetinin isə şəxsi ofisi yoxdur.  

Aqil LƏTİFOV

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır