11 Noyabr 2018, 15:16 | Ana Səhifə - Yazılar - “Düz bazar”? - Yox bir “əyri bazar”...
“Düz bazar”? - Yox bir “əyri bazar”...

Mülatif Adurov
Prezidentin fərdi təqaüdçüsü,
veteran telejurnalist
 


Son zamanlar mətbuat səhifələrində, saytlarda televiziya verilişləri kəskin və haqlı tənqid olunur. Bir veteran telejurnalist kimi həmkarlarıma irad tutmaq istəmirəm, daha doğrusu ara-sıra saytlarda tənqidi yazılarım istisna olmaqla verilişlər (tənqid olunan) barədə diskussiyalara qarışmıram.


Lakin bu günlərdə mətbuatda dərc olunmuş bir yazı barədə səslənən reaksiyalar məni də bu qeydləri yazmağa sövq etdi.


Söhbət Milli Televiziya və Radio Verilişləri Şurası sədrinin müavini Qafar Cəbiyevin televiziya verilişləri barədə yazdığı məqalədən gedir. Tamaşaçıları narahat edən məsələlər məqalədə  ətraflı şərh olunub, buna görə də geniş rəy doğurub. Ekspertlər, xüsusən qələmlərinə hörmət etdiyim adlı-sanlı jurnalistlər məqalədəki fikirlərə dəstək olur, müəllifi alqışlayırlar. Amma mən belə deməzdim. Niyə? Münasibətimlə çoxları razılaşmayacaq, bilirəm. Hər-halda niyə bu fikrə gəldiyimi açıqlayıram.


Məqalədə konkret faktlar yoxdur. Söhbət hansı televiziyadan, hansı şou proqramdan gedir, kimlərin adları çəkilir, tənqid olunur, hansı qonağa, hansı saqqallı iştirakçıya, hansı açıq-saçıq geyimli müğənniyə, nə bilim kimə, kimə ... irad tutulur.  Axı, nə qədər “bəzi”, “bəzi”, “bəzi”  televiziyalar, verilişlər  demək olar?


Televiziyaların, istisnasız olaraq hamısının dili bərbad vəziyyətdədir  (”Modern.az” saytının müəlliflər bölümündə “Dilim-dilim olan ana dilim” sərlövhəli yazmda istənilən qədər fakt sadalanır ).


Bəs Teleradio Şurası bunlara necə dözür, niyə münasibət bildirmir? Deyirlər ki, bu qurumun səlahiyyətləri çatmır. Onda niyə fəaliyyəti dayandırılmır? Bəyəm hər kiçik və ya ciddi qüsur üçün Prezident Administrasiyasına müraciət edilməlidir?  Verilişlər var ki, işi-gücü  bu və ya digər adla pul yığmaqla məşğuldur.


ARB-dəki verilişə ad qoyublar: “Düz bazar”. Bu nə deməkdir? Düz bazar varsa, deməli “əyri bazar” da olmalıdır. Bazar nə deməkdir, hansı bazar nəzərdə tutulur? Kolxoz bazarımı, mal-davar bazarı mı? Aparıcısına (Rövşanə xanıma) söz yoxdur. Mövzular  verilişin adına qətiyyən uyuşmur ...


“Xəzər” telekanalında “5-də 5” verilişi uzun müddətdir ki, efirdədir. “5-də 5” olmasa “7-də 7” , “7-də 8”  olsa nə dəyişəcək? Verilişə müğənni və ya aktyorlar dəvət olunur, aparıcı onları bəzən lağa qoyur, “canlı ifa” adı ilə uzun-uzadı mahnılar səsləndirirlər, vəssalam. İştirakçıların necə seçilib dəvət olunmasını bir aparıcı bilir, bir də özləri.

“Ənənə boxçası” nə deməkdir? Və s. 


Bu siyahını uzatmaq da olardı. İstisnasız bütün televiziyaların qüsurlarını sadalamaq da mümkündü. Bunu bu işin məsuliyyətini daşıyanlar etməlidirlər. Görək ...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09 İranda daha 202 nəfər koronavirusdan ölüb 14 May 2021, 13:56