Modern.az

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclasıdır

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclasıdır

24 Sentyabr 2009, 13:51

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, gələn həftənin çərşənbə günü qurumun payız sessiyasının ilk iclas günüdür.

İclasın gündəliyinə 30-a yaxın məsələ salınıb. 2009-cu ilin payız sessiyasının qanunvericilik işlər planı, Azərbaycanın Serbiya, Oman, Böyük Liviya, Livan və Estoniyada səfirliklərinin təsis edilməsi, Azərbaycan və Rusiya prezidentlərinin Xəzər dənizi ilə bağlı bırgə bəyanatlarının təsdiq edilməsi, bir sıra beynəlxalq konvensiyaların ratfikasiyası, “Tütün və tütün məmulatları haqqında”, “Dövlət qulluğu haqqında”, “İctımai televiziya və radio yayim şurası haqqında” qanunlara əlavə və dəyişiklər və sair məsələlər daxildir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır