30 Yanvar 2019, 12:17 | Ana Səhifə - Yazılar - Bizim nazirlərin qara taleyi
Bizim nazirlərin qara taleyi

Hidayət Elvüsal

Bir dəfə bu barədə yazmışam. Yazmışam ki, mən şəxsən nazir olmaq istəmirəm. Çünki bunların çoxu ya həbsxanaya gedir, ya da səfir adı ilə mədəni sürgünə. İndi mən sizin vaxtınızı almaq istəmirəm. Həbs olunan, səfir kimi uzağa göndərilən nazirləri xatırlayın, sayın və görün neçə nəfərdirlər.

Hələ son vaxtlar işdən çıxarılan gözəl-göyçək nazirlərimizi demirəm. Gidi dünya dünənə qədər onları əzizləyir, öyür, nümunə göstərir və… birdən qaldırıb vurur yerə ki, belə-belə işdəkləri varmış.

Mən saymışam. Həbs olunan, uzağa göndərilən nazirlərin sayı, bu gün vəzifə başında olanların sayından çoxdur. Yəni nazir vəzifəsi həsəd aparılası bir iş-güc deyil, həvəslənməyin.

Bir məsələ də var. Nə sirrdirsə işdən çıxarılan, başını da salamat qurtaran nazirlərin sorağı bir qayda olaraq Londondan gəlir. Orada qurduqları şirkətlərdən aldıqları bahalı evlərdən-filandan söz açılır. Hətta ən “yerəbaxan” sabiq nazirin Londona daşıdığı var-dövlətdən söz açılır.

Və mən deyirəm ki, qalan nazirləri heç tərpətməyək. Əvvəla əksəriyyəti təzədir, cavandır. Yəqin ki, baş verənləri görüb, bir nəticə çıxarıblar. Anlayıblar ki, dövlətin malı onların deyil, xalqındır, dövlətindir, ona toxunmaq, oğurlamaq olmaz.

Məni danlayırlar. Deyirlər ki, özünə görə deyilsən. Belə şeylərdən yazma. Səni elə itirərlər ki, heç Xoşqədəm də tapa bilməz.

Neynəyim? Bəzilərini tökülmüş əlləri oğurluqla məşğul olur, belə öyrənib. Mənim də bu tökülmüş əlim yazmaqla öyrəşib. Başqa iş bacarmır. Əgər bacarsaydı, mən də nazir olardım, yəni məsələni birdəfəlik həll edərdim.

Ya məhbəsə, ya qürbətə…

 

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkmən Həkimləri Dərnəyinin sədri İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 18:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO 30 Noyabr 2020, 18:14 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?