Modern.az

Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak oldu

Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak oldu

Dünya

Bu gün, 23:02

Ukraynanın paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Aşur Bəhlul oğlu Əkbərovdur.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan Aşur Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib və hadisə yerində həyatını itirib.

Sizə yeni x var
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az