Modern.az

Gəncədə "Mercedes" aşdı, xəsarət alanlar var

Gəncədə "Mercedes" aşdı, xəsarət alanlar var

Hadisə

27 Sentyabr 2026, 23:36

Gəncədə yol qəzası qeydə alınıb.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib. ​

"Volkswagen" markalı avtomobil "Mercedes"lə toqquşub. İlkin məlumata görə, qəzaya səbəb "Volkswagen" markalı avtomobilin sürücüsü Pərviz Hüseynov ötmə əməliyyatı edərkən öz yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin yoluna çıxıb. Qəza nəticəsində "Mercedes" idarəetməni itirərək aşıb.

​Hadisə zamanı "Mercedes" markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az