13 mart 2019, 10:36 | Ana Səhifə - Yazılar - Qayıdacaq olan ayaqqabı
Qayıdacaq olan ayaqqabı

Fazil Mustafa, 
Milli Məclisin üzvü


Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu. Tanıyıram, çox dəyərli bir ziyalı ailəsindədir, öz sahəsində də savadlı mütəxəssislərdən biri kimi tanınır. Bu seçim ölkə prezidentinə aid olduğuna görə BDU kimi tanınmış təhsil ocağının məhz Elm Fonduna rəhbərlik etmiş şəxs tərəfindən idarə olunmasının məqsədəuyğun sayılmasını müzakirə etmirəm. Əsas odur ki, təhsilimiz üçün xeyirli olsun. Bununla belə, bəzi yanaşmalarda bu təyinatla bağlı iradın daha çox yeni rektorun fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, yəni keçmiş deyimlə səsləndirsək, elmlər namizədi olması üzərində cəmləndiyini görüb fikir bildirməyi zəruri hesab etdim.

Fikrimcə, mövcud şərtlərdə ən zəif irad arqumenti də məhz bu sayılmalıdır. Çünki Azərbaycan kiçik bir ölkədir, burada kimin elmin pillələrində necə yüksəlişi, hansı kölgədən gün işığına çıxması, akademik, elmlər doktoru adlarını mənimsəməsi, professor, dosent, kafedra müdiri yerlərini tutmasını pıçıltı formasında hər kəs bir-birinə izahlı lüğətə baş vurmadan söyləyə bilər. 

Bəlkə də öz biliyi ilə elmi ad qazananların az qismini hansısa sahə üzrə fəlsəfə doktorlarının içindən daha rahat tapa bilərsiniz. Yuxarı dırmaşdıqca, kimlərinsə görünən və görünməyən əllərin necə uzanaraq bir neçə pillə adladıldığını, kimlərin də yuxarıdan gələn təpiklə pilləkandan üzüaşağı atıldığını yetərincə görənlər, duyanlar var. Təbii ki, bu cür elmi titulların daşıyıcıları içində layiqli sayılacaq onlarla insanın haqqına girmədən söyləmək istərdim ki, artıq elmimiz o gündədir ki, siz universitetə rektor təyinatı zamanı Yusif Məmmədəliyev, Cəfər Xəndan, Yəhya Məmmədov və ya Mirabbas Qasımov axrarırsınızsa, bəri başdan ümidlərinizi suya sallayın. Sadəcə tələb nə ola bilər, bax burada mütləq yeni prinsipləri tətbiq etmək vacibdir. 

Yeni rektor bu vaxta qədər nə yazıbsa, nəyi müdafiə edibsə, hansı titulu daşıyıbsa, hamısını qoyur bir kənara. Vəzifəsindən istifadə edərək qalaq-qalaq onun-bunun yazdığı kitablara öz adını soxuşdurmur, imkanlardan istifadə edərək özünü elmlər doktoru, akademik adlarına calaq etmir, sadəcə meyiti yerdə qalmış universiteti necə yerdən qaldırmaq, penitensianar xidmət müəssisəsi obrazından elm, tədqiqat ocağına çevirmək üçün ciddi çalışmalara başlayır. Universitetlə real əlaqəsi olmayan, müasir təhsilin standartlarına cavab verməyən hər kəsi kafedra müdirliyindən uzaqlaşdırır, yerinə savadı, reputasiyası elmi dairələrdə qəbul olunan insanların seçilməsini dəstəkləyir. Universitetdaxili demokratiyanı gücləndirir, tədqiqat universiteti modelini gerçəkləşdirməyə çalışır. 

Bu cür prinsiplərin işləməsini buyurub tələb edin, yoxsa bu namizəddir, o doktordur, akademikdir, günün reallığında bu müqayisələr elə də əsaslı görünmür. Ancaq bütün bunları bir universitet obrazında dəyişmək çox çətindir. Çünki kənarda görünən hər kəsin əli həm də təhsilin içindədir. Çoxları çoxdan başqa sahələrdə saç ağardıb, ancaq özünə universitetlərdə bir ayaqqabı yeri saxlayıb. Papaq yeri saxlasaydılar, heç olmazsa düşünərdin ki, nə zamansa bu papağın altına baş qayıdacaq. Fəqət qayıdacaq olan ayaqqabıdır, ayaqqabı! 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28 Rusiya Rumıniya diplomatını ölkədən çıxarır 11 May 2021, 20:18 İran və ABŞ dənizçiləri arasında insident 11 May 2021, 20:04 Buffon ayrılıq qərarı verdi 11 May 2021, 19:20 Gümüş və bürünc medalçılar da müəyyənləşdi 11 May 2021, 19:12 Şəmkir sakini bibisi oğlunu GÜLLƏLƏDİ 11 May 2021, 19:05 40 kilometrlik "Zəngəzur dəhlizi" mütləq açılacaq 11 May 2021, 18:58 Prezident və xanımı Tatarıstan liderinə başsağlığı verdi 11 May 2021, 18:50 İlham Əliyev Putinə başsağlığı verdi 11 May 2021, 18:43 ANS-i ANS edən kim olub: Mirşahin, Vahid Naxış, yoxsa... 11 May 2021, 18:36 Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər 11 May 2021, 18:29 “Spartak” Ayaz Quliyevlə yollarını ayırdı 11 May 2021, 18:22 Bacısı qızını boğaraq öldürən dayı HƏBS EDİLDİ 11 May 2021, 18:15 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində - FOTOLAR      11 May 2021, 18:08 Azərbaycanda deputat millət vəkillərinin maaşının azaldılmasını təklif etdi - ÖZƏL 11 May 2021, 18:00 Messi “Barselona” ilə danışıqlara başlayıb 11 May 2021, 17:54 Bakının əsas küçə və prospektlərində sıxlıq var 11 May 2021, 17:48 Çavuşoğlu Tatarıstan prezidenti ilə DANIŞDI 11 May 2021, 17:41 İspaniya və İsveçdə Heydər Əliyev yad edilib 11 May 2021, 17:34 Ukraynanın Baş nazirinin Azərbaycana səfəri planlaşdırılır 11 May 2021, 17:27 Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı AÇIQLANDI 11 May 2021, 17:20 Avropa Şurası ilə birgə layihəyə başlanıldı 11 May 2021, 17:13 Səfir Bakıda Türkiyə yığması ilə görüşdü 11 May 2021, 17:06 Nantdakı "Qarabağ" məktəbinin şagirdlərinə ümummilli liderin fəaliyyətindən danışılıb 11 May 2021, 16:59 Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır 11 May 2021, 16:52 Məktəblilər təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər - FOTOLAR 11 May 2021, 16:45 Ölkəmizdə daha 18339 nəfərə vaksin vuruldu 11 May 2021, 16:38 Koronavirus Azərbaycanda bu gün -  STATİSTİKA 11 May 2021, 16:31 Bolqarıstan parlamenti buraxıldı 11 May 2021, 16:24 Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq 11 May 2021, 16:17 Çətənə yetişdirən şəxs saxlanıldı 11 May 2021, 16:10 Tatarıstanda matəm elan olundu 11 May 2021, 16:04 Türkiyə XİN Rusiyaya başsağlığı verdi 11 May 2021, 15:57 Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar - FOTO 11 May 2021, 15:50