Modern.az

Sürücülər əks istiqamətə çıxdığından sıxlıq yaranıb - DİN

Sürücülər əks istiqamətə çıxdığından sıxlıq yaranıb - DİN

Ölkə

10 Sentyabr 2026, 20:43

Suraxanı rayonu, Elzar Yusubov küçəsində, "Qərib Ağa Məscid"nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər. Nəticə etibarilə həm təmir, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəblərindən yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Hazırda yol polisi əməkdaşları yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər