16 mart 2019, 20:43 | Ana Səhifə - Yazılar - Bakının bərbad sərnişin nəqliyyatı
Bakının bərbad sərnişin nəqliyyatı

Mahir Qabiloğlu


Yox. Elə bilməyin ki, tənqid hədəfim Bakı Nəqliyyat Agentliyidir, yaxud da ki, Metropoliten.  Əsla. Felyeton yazmağı xoşlamıram. Sadəcə fikirlərimi deyəcəyəm. Özünüz, eləcə də BNA nəticə çıxarsın ki, başlığı belə qoymaqda haqlıyam, ya yox?

 

SOVET DÖVRÜ VƏ MÜASİR BAKI

 

Əhalisi eynidirmi? Yox. Ərazisi eynidirmi? Yox. Yerlə-göy qədər fərq var. Bəs sərnişin nəqliyyatı necə eynidirmi? Yox. Amma dilim quruyaydı “yox” deyən yerdə. Təki eyni olaydı. Həmyaşıdlarımın və özümdən böyüklərin yadına salacağam, cavanları isə olanlardan xali edəcəyəm.

Sovet vaxtı Bakıda sərnişin nəqliyyatı hansılar idi?

  1. Tramvay – gediş haqqı 3 qəpik. Ekoloji cəhətdən sərfəli.
  2. Troleybus – gediş haqqı 4 qəpik. Ekoloji cəhətdən sərfəli.
  3. Avtobus – 5 qəpik. O da iki cür idi. Adi və qarmoşkalı İkaruslar.
  4. Metro – 5 qəpik.
  5. Marşrut taksi – 15 qəpik. RAF-lar. Tələsənlər üçün.
  6. Elektriçka – Bakı kəndlərinə. Dəmir yolu vağzalından.

Gördüyünüz kimi, əhalisi və ərazisi indikindən iki dəfə az olan Bakıda  altı nəqliyyat növü fəaliyyət göstərirdi. Bəs indi?

 

Gün gələcək bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: yaraşmır tramvay bu şəhərə.

– Sürücülər, sizinlə qurtardıq, – deyəcəklər.

– Relslərin hamısını çıxardıq, – deyəcəklər.

Onda biz də taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

 

Yox. Bu şeir indi yazılmayıb. Qabilin 1962-ci ildə yaratdığı “Tramvay parka gedir” adlı poemadan bir parçadır. Nəinki tramvay – trolleybus, marşrut taksilər, elektriçkalar da parka gedib və geri qayıtmayıb. Trolleybusların naqilləri, tramvayların, elektriçkaların relsləri sökülüb, əridilib. Marşrut taksilərinin yerini isə metro çıxışlarında “Müşfiqabad-1 manat, Hövsan-1manat, Atyalı-1 manat, Mərdəkan, Şüvəlan, Buzovna... – 1 manat” deyənlər tutublar. Bunu parkovkadan pul qırıb, amma nəqliyyata cavabdeh olanlar görmürlərmi?  Bakının dar küçələrində qoşqulu-qarmoşka İkaruslar hərəkət edə bildiyi halda, bəs indi uzun Baku-Bus-lar niyə xəttə buraxılmır? Ümumiyyətlə niyə Bakının bütün sərnişinləri bu rahat avtobusların xidmətindən istifadə edə bilməsin axı? Koroğlu metrostansiyasından qəsəbələrə gedənlər Bakı əhalisi sayılmırmı? Bakının küçələrində dörd vaqonlu metrobuslar şütüyə bilməzmi?

Bakı sərnişin nəqliyyatına yazığım gəlir. Yox. Düz demədim. Sərnişinlərə yazığım gəlir. Metro yazıq neyləsin. Çatdırmır. Stansiyaları təmir edir, gözəlləşdirir.  İstifadə müddəti müddətsiz, yəni ki, ömürlük olan qranit-mərməri söküb, metlaxla, plasmas, alüminium lambirinlərlə  əvəz edir. Halal xoşları. Vaqonlar ki, həmin vaqonlardır. Sərnişinlər isə iki dəfə artıb.

Çoxdandır bu cür yazılar yazmıram. Yazdım. Bəlkə düzəldi.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37 Dil- xalqı birləşdirən DƏYƏR 30 Noyabr 2020, 15:31 İcra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   30 Noyabr 2020, 15:28 Milli Məclisin Elm və təhsil komitəsi iclas keçirib 30 Noyabr 2020, 15:23 "Qarabağın məşhur müəllimləri" - Ənvər Rza 30 Noyabr 2020, 15:18
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?