12 Aprel 2019, 10:01 | Ana Səhifə - Yazılar - Bir sürü danabaş bizə əxlaq dərsi keçməyə çalışır
Bir sürü danabaş bizə əxlaq dərsi keçməyə çalışır

Fazil Mustafa,
deputat

Bakı Dövlət Universitetində 70-ci illərdə bir Qənbər Əsgərov adlı bir müəllim dərs deyib. O vaxtlar bir tələbə qızı öldürüb meyidini Yasamaldakı Qanlı gölə atıblar. Onunla münasibəti olduğundan şübhələnib, müəllimi həbsə atdılar və ölüm hökmü verib güllələdirlər. Bir neçə ildən sonra aydın oldu ki, qızı öz əmisi oğlu qətlə yetirərək izi itirmək üçün gölə atıbmış. Maraqlı və qəribə insan olan Qənbər müəllim güllələndikdən sonra anlaşıldı ki, günahsız imiş. 

Təqribən ona bənzər durum yaranıb. Bir məktəbli qızımız məktəbdə intihar edərək bütün cəmiyyətdə haqlı olaraq üzüntü yaradıb. Kimi məktəb direktorunu, kimi də valideyni, kimi də hansısa bir məktəbli oğlanı və ya oğlanları intiharın səbəbkarı kimi müəyyənləşdirib.

Mətbuat Şurasının tədbirində də bunları qəsd edərək söylədim ki, istintaqın ilkin nəticəsindən sonra kim günahkardırsa, onların cəzalandırılması daha doğru olardı. Ona görə də məktəb direktorunun və ya müəllimin, yaxud valideynin və ya hansısa məktəblinin hədəf seçilməsi doğru deyil. İndi baxıram ki, "Məktəb direktorunun işdən çıxarılmasını doğru hesab etmirəm" başlığı ilə paylaşımlar edərək bir sürü sözün bütün mənasına danabaş bizə əxlaq dərsi keçməyə çalışır. 

Çıxışımızın mətni problemin mahiyyətinin açılmasına yönəldiyi halda, bir cümləni həmişəki kimi başlığa çıxarıb təhqiramiz rəy yazan nadanlara qarşı yenə də haqlı mövqeyimi ortaya qoymaqdan məmnunluq duyuram. Mən onlara hüquq dərsindən danışıram, yəni burada bütün subyektlərin davranışına hüquqi qiymət verilməlidir, səs yazısı da, intihara səbəb olan motivlər də istintaq orqanı tərəfindən qiymətləndirilməlidir. Sonra direktoru nəinki işdən çıxarmaq, günahı sübut oluunarsa, həbs edib ağır cəza da vermək olar. Hələ həkimlərin öz peşə borcuna münasibəti də konkret hadisədə qiymət verilməsi vacib amillərdən biridir. Yaxud başqa bir şəxs günahkardırsa, yenə də eyni qaydada qanunun tələbləri yerinə gətirilməlidir. 

Yarğısız infazdan çox zaman gileylənən, iqtidarı buna görə ittiham edən insanların çoxusu xüsusi canfəşanlıqla yarğısız infaza bəraət qazandırırlar. Bu cür emosional yanaşmalar əslində işin əsl mahiyyətinin açılmasına mane olur və əks halda rəhmətlik Qənbər müəllimin taleyinə bənzər bir durumla qarşı-qarşıya qala bilərik. Buradan çıxarılası ən mühüm dərs valideyn-məktəb münasibətlərinin sağlamlaşdırılması yollarının ictimai müzakirəyə çıxarılması və optimal ünsiyyət formalarının tapılmasıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Sabiq deputat: “Parlamentdə işləmək mənim üçün çox çətin idi” - MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44 Bakıda “Mercedes” YANDI 10 May 2021, 08:37 Lavrov bu gün Azərbaycana gəlir 10 May 2021, 01:19 "Sevilya"nın oyunçusu "Real"ı uduzmaqdan xilas etdi 10 May 2021, 01:11 "Yuventus" evdə darmadağın oldu 10 May 2021, 01:00 Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək 10 May 2021, 00:55 Polislər ağac əkdilər - FOTO 10 May 2021, 00:46 Nigeriyada gəmi çevrildi - onlarla insan öldü 10 May 2021, 00:31 Bakıda maşın 4 piyadanı vurdu - ölən və yaralananlar var 10 May 2021, 00:23 500 min yəhudinin qatili erməni Salasyan 10 May 2021, 00:12 Heydər Əliyevin anadan olmasından 98 il ötür 10 May 2021, 00:01 Ağcabədidə yol qəzası 9 May 2021, 23:48