10 May 2019, 10:52 | Ana Səhifə - Yazılar - Qəhrəman şəhər olmur, heç qəhrəman xalq da olmur...
Qəhrəman şəhər olmur, heç qəhrəman xalq da olmur...

9 may tarixi gələn kimi bir çox patriot azərbaycanlıların Bakının qəhrəman şəhər olmamasının hələ də təəssüfünü yaşadığını müşahidə edirsən. Hətta bu gün Rusiyadan tələb edənlər də var ki, bizim dövlətimizin başkəndinə niyə Dövlət Dumasının qərarı ilə tarixi ədaləti bərpa edib "Qəhrəman şəhər" adı vermirlər?

Təsəvvür edin ki, başqa bir dövlət bizim dövlətin paytaxtına belə bir ad verəcək və bizlər də bundan qürur duyacağıq! Bu qəhrəman şəhər anlayışı, bildiyim qədər dünya üçün SSRİ dövlətinin məhsulu olaraq baxılır. Fransızlar Parisə, yaponlar Tokioya, yaxud atom bombasının yaratdığı fəlakətdən sonra dirçələn Xirosimaya "Qəhrəman şəhər" adını verməyə gülməli baxırlar. Bir də şəhərin nə qəhrəmanlığı ola bilər ki...

Şəhərin ən böyük dəyəri hansısa mədəniyyət, turizm və ya biznes komponentini özündə ifadə etməsidir. Sovet məntiqi ilə yanaşsaq, o halda "Qəhrəman şəhər" statusu almayanlar "Qorxaq şəhərlər" adlanmalıdır? Demək qəhrəman şəhər olmur. Heç qəhrəman xalq da olmur.

Xatırlayırsınızsa, 1989-cu ildə biriləri uydurmuşdu ki, güya Şotlandiyada hansısa jurnal Azərbaycan xalqını dünyanın ən demokratik və azadlıqsevər xalqı elan etmişdir. İndiki vaxtlarda belə bunu təkrar edənlərlə rastlaşırsan. Bu rəy sorğusunu və ya referendumu kim keçirib, hansı səlahiyyətli jüri elan edib? Bir meydanı bir milyona qədər insanla doldurmaq doğurdanmı demokratikliyin və azadlıqsevərliyin meyarı sayıla bilər? Xalqı bu cür ucuz vasitələrlə pompalamaq özünəvurğunluqdan başqa hansı faydanı gətirir, doğrusu izahını tapa bilmirəm. Hər xalqın içində bəlli bir dövrdə onun taleyini dəyişdirən intellektual və ya hərbi qəhrəmanlar olur. İstənilən qəhrəman xalqın içində biganə və öz yaşamından başqa bir şeylə maraqlanmayan bir çoxluğun olması da reallıqdır. Ona görə də bir şəhərin mədəni mühitindən yetişmiş qəhrəmanlardan, böyük şəxsiyyətlərdən danışmaq, yaxud da bir xalqın içində yetişmiş aydınlardan, dahilərdən danışmaq daha məntiqlidir, nəinki ümumi şəkildə qəhrəman şəhərdən, qəhrəman xalqdan!

İndi biz Şuşanı, Laçını, Ağdamı qoruya bilməmişiksə, bu həmin şəhərlərin qəhrəmanlığının və ya qorxaqlığının nəticəsi deyil ki? Həmin dövrdə ağıllı təşkilatlana bilməmişik, erməni qədər mobillik göstərmək qabiliyyətimiz olmayıb, bu şəhərlərimizi itirmişik. İndi zamanında fədakarlıq və ağıl ortaya qoya bilməyən bizlər öz şəxsi təhlükəsizliyimiz üçün illərdir sığındığımız Bakıya qəhrəman deyib, Şuşaya qəhrəmanlığı olmadığı üçün əsir düşüb deməliyik? Hər bir tarixi dövrdə bizim də xalqın içindən böyük aydınlar, düşüncə adamları, dövlət xadimləri, hərbi qəhrəmanlar çıxır. Sadəcə bunların ümumi faizi laqeyd kütlənin içində çox cüzi bir qismi təşkil etdiyinə görə istədiyimiz uğura imza ata bilmirik. 19-cu əsrdə Həsən bəy Zərdabinin, Axundovun sayı yüzü aşsaydı indi Azərbaycan bu qədər itkilərə məruz qalmış məmləkət olardımı? Az idi, çox az idi aydını, dövlət xadimi, sərkərdəsi, savadlı din xadimi, pedaqoqu, alimi. Hələ rus ilə müqayisədə demirəm, erməni ilə də, gürcü ilə də müqayisədə çox az idi...

Sovet dövründə də bu balans qorunub saxlanıldı...  İndi də diplomların, elmi titulların sayına aldanmayın, doğru mühakiməsi olanlarının sayı çox azdır, əvəzində cahili, nadanı, tənbəli, vətənşüvəni yenə də böyük çoxluğu təşkil edir. Qarabağ itkisi Xirosimadan dəhşətli faciə deyil, demək ki, xalqın doğru düşünənlərinin sayı çoxaldıqca, mütləq yenidən dirilişin yolunu biz də tapa bilərik. Biz özümüzdə, içimizdə qəhrəmanlıq, fədakarlıq ruhunu itirdiyimizə görə özümüzü Bakının və ya xalqın məchul qəhrəman adı altında kölgələndirməyə çalışırıq.

Üzümüzü doğru təhsil modelinə çevirməsək, hər bir fərdimizin özünü savadlı insan kimi yetişdirməyə ümummilli hədəf kimi baxmasını təlqin edə bilməsək Şuşa Qalasına bayraq taxa bilməyən azərbaycanlını 74 il öncə Reyxstaqa bayraq taxanlar içində axtarmaqla təsəlli tapacağıq. Halbuku həmin Reyxstaqa taxılan bayrağın bir az dəyişik formasının 1920-ci ilin 27 aprelində süngü kimi müstəqil Azərbaycanın qəlbinə sancıldığını da unutmuş kimiyik.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:30 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10 Fəzail Ağamalı: “Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmalıdır” 26 Noyabr 2020, 12:06 Tələbələrin NƏZƏRİNƏ! 26 Noyabr 2020, 12:04 “Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat 26 Noyabr 2020, 12:02 Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR 26 Noyabr 2020, 12:00 Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı - FOTO 26 Noyabr 2020, 11:55 Number One... - Maradona 26 Noyabr 2020, 11:50 Vitse-spiker: Fransa senatının üzvləri Əlcazairdə soyqırımı törədən qatillərin nəvələridir 26 Noyabr 2020, 11:45 Səfirdən Fransa Senatının Qarabağla bağlı qərarına REAKSİYA 26 Noyabr 2020, 11:43 Kəlbəcərin səhiyyə statistikası açıqlanıb 26 Noyabr 2020, 11:37 Türkiyə XİN-i Fransaya ETİRAZ etdi 26 Noyabr 2020, 11:37 Etirazçılar Ermənistan parlamentin qarşısına toplaşdılar 26 Noyabr 2020, 11:33 Paşinyan xalqdan 2021-ci ilə qədər VAXT İSTƏDİ 26 Noyabr 2020, 11:30 Milli Məclisdə Fransaya görə komissiya YARADILIR 26 Noyabr 2020, 11:27 Azay Quliyev: Parisdəki səfirimiz geri çağrılmalıdır! 26 Noyabr 2020, 11:23
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?