7 İyun 2019, 08:43 | Ana Səhifə - Yazılar - Sanki Qarabağın, Ağdamın axtarşındayıq
Sanki Qarabağın, Ağdamın axtarşındayıq

Vüqar Tofiqli


Ramazan bayramı ilə  bağlı bayramlaşma zamanı dostlarımdan biri “son vaxtlar yazılarına rast gəlmirəm, nə olub”,- deyə soruşdu. Bu da bir həqiqət idi ki, son vaxtlar Qarabağa, xüsusən də doğma Ağdamıma az-az gedirəm.

Bir az yorğun olduğumu söyləyib “sanki həyat eşqimin qeybə çəkilməsi səbəbindən yazmağa əlim gəlmir”,-deyə cavab verdim.

Etiraf etməliyəm ki, ciddi araşdırma aparılası məqamlar çoxdur. Ağdamın teatr mədəniyyətiylə bağlı bütün elmi-nəzəri mənbələri, materialların surətlərini çətinliklə əldə  edib toplamışam. Bu gün Ağdamla bağlı geniş bir məqalələr toplusu, Çörək muzeyi ilə bağlı tədqiqatın yenilənmiş və əlavələr edilmiş hissəsi çapa hazır vəziyyətddədir.

Hətta  dünyada ikinci olan Ağdam Çörək Muzeyinin bərpasıyla bağlı bütün yazışmalar da aparılmış, razılıqlar verilmişdi. Lakin dövlət və icra strukturları maliyyə tələb edən muzeyin bərpası işini kiminsə üstünə atmaq istəyirmişlər kimi göründü.

Deməliyəm ki, bu gün tək Çörək Muzeyi ilə bağlı min bir əzab-əziyyətlə topladığım  180-ə yaxın qiymətli eksponat əldə etmişəm. Dəyərli və təkrarsız. On ildən sonra yox, indidən o eksponatlara dəyər verməyin  vaxtı çatmayıbmı?

Gənc, böyüməkdə olan nəslə Ağdam və Qarabağın tarixi və dəyəri haqqında  bilgiləri verməliyik. Sərgiləməliyik. Həm də təkcə muzeyin bərpası açığı, elə də böyük maliyyə tələb etmir. Xaricdən valyuta ilə  dəvət edilən estrada müğənnisinə verilən qonararın onda biri də kifayət edər... Nə isə... 

Hörmət etdiyim şəxsin telefon danışığından düşünmək olardı ki, Ağdam eşqi, Qarabağ eşqi hələ ki unudulmayıb. Amma...

Bu gün Ağdamsız, Qarabağsız böyüyən gəncin artıq 26 yaşı olur. Və ən azı gərgin illərdə də on yaşın olmalıydı ki, köçkün həyatını, doğma torpaqların ab-havasını dərindən sinəyə çəkib, ürəkdən“oxayy”  demiş olaydın. Demək, o torpaqların zənginliyini,  qiymətini bilmək istəyində olan şəxsin bu gün minimum 36 yaşı olmalıdır.

Bununla nəyi demək istərdim. Hər birimiz hansısa formada yerləşmişik. Birinə Allah bir qapı açıb, digərini dövlətimiz şərait yaradıb. Yəni hazırda heç kim acından olmür, əli-ayağı yer tutan hər kəs özünə müəyyən şərait yaradıb. İçi özüm qarışıq.

Ancaq nə isə çatmır, çatışmır. Yeri gələndə özümüzü artist yerinə qoysaq da, alınmır. Bu itkini heç nə nə ilə bərpa etmək olmur, o torpaqların yerini heç nə vermir.

Yadımdadı, rəhmətlik Allahverdinin  restoranında yediyim çolpa supunun dadını ötən il Şamaxıda, Pirquluda tapa bildim, o da tam yox.

Hər birimiz axtarışdayıq. O torpaqların axtarışında, o yerlərin dadının-tamının axtarışında. Ağdamın, Şuşanın, Qarabağın axtarışında.

Sözsüz ki, torpaqlar da qayıdacaq, nə vaxtsa.

İstərdim biz o xoşbəxt günü görək, quruculuğunda yaxından iştirak edək. Ancaq o illərdəki xatirələrin bərpası, o illərdəki səmimiyyəti  qaytara biləcəyikmi?

Təki torpaqlarımızı qaytara bilək, nə qədər ki unutmamışıq...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bakının 9 məktəbində 5 günlük əyani tədrisə keçildi - SİYAHI 18 May 2021, 12:40 İki məhkəmə sədri vəzifəsindən azad olunur 18 May 2021, 12:30 Ermənistan və onu müdafiə edənlərə 4 SUAL 18 May 2021, 12:24 “8 Noyabr” stansiyasında Şəhid Xudayarın ifası səslənəcək? – “Bakı Metropoliteni”ndən AÇIQLAMA 18 May 2021, 12:18 Azərbaycan əsgəri Xocavənddəki erməniləri “separatçı bayrağı”nı çıxarmağa MƏCBUR ETDİ 18 May 2021, 12:12 Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir - SİYAHI 18 May 2021, 12:06 İcra başçısı həlli vacib məsələləri sakinlərlə müzakirə etdi 18 May 2021, 12:00 Gömrük Akademiyasında təlimlər  18 May 2021, 11:55 Horadiz-Ağbənd dəmir yolunda infrastrukur işlərinə başlanılıb 18 May 2021, 11:50 Kəpəz dağ silsiləsində Nizami Gəncəvi zirvəsi təsis olunub - VİDEO 18 May 2021, 11:45 Azərbaycanda universitetlərlə bağlı SORĞU keçirilir 18 May 2021, 11:41 Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır 18 May 2021, 11:38 Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı istifadəyə tam hazırdı 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48