Modern.az

Nəcəf Nəcəfovun barelyefi oğurlayan şəxs tutulub - YENİLƏNİB

Nəcəf Nəcəfovun barelyefi oğurlayan şəxs tutulub - YENİLƏNİB

Hadisə

Bu gün, 17:25

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub.

Modern.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb. Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, hadisə İkinci Fəxri xiyabanda qeydə alınıb.

1546790

16:38

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyef oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə Anews.az məlumat yayıb.

Hadisənin törədildiyi sentyabrın 9-u səhər tezdən məlum olub.

Vandalizm aktı İkinci Fəxri xiyabanda (“Qurd qapıs”ı) baş verib. Oğurluğu edən 73 yaşlı Ülvi Kazımovun artıq polis tərəfindən saxlanıldığı və haqqında cinayət işi açıldığı bildirilib.

Oğurlanmış bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir.

Mərhum Nəcəf Nəcəfov 80-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində işə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Sonra "Azadlıq" qəzetində çalışıb. 1990-cı ildə N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə "Turan" informasiya agentliyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində işləyib.
Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra 44 yaşında vəfat edib.

Sizə yeni x var
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!