Modern.az

Ədliyyə Nazirliyi məhkumlarla bağlı İctimai Komitənin tərkibini dəyişdirəcək

Ədliyyə Nazirliyi məhkumlarla bağlı İctimai Komitənin tərkibini dəyişdirəcək

1 Oktyabr 2009, 17:03

Üç ilə yaxındır Azərbaycanda məhkumların islah edilməsi və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə yaradılan

İctimai Komitəfə faliyyət göstərir. İctimai Komitə 

ədliyyə nazirinin 25 aprel 2006-cı il tarixli əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına da alınıb.

Tərkibi aidiyyati dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan

İctimai Komitənin üçüncü tərkibinin bir illik səlahiyyət müddəti bu il noyabrın 11-də başa catır. Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə  Seçki Komissiyası tərəfindən müvafiq qaydalara uyğun olaraq İctimai Komitə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirilərək qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur. Bu barədə Modern.az-a 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik qeyd olunan sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırıb ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə adı çəkilən Seçki Komissiyasına cari il oktyabrın 30-na dək müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi