Modern.az

Daşqınlar onlarla insanın həyatına son qoydu

Daşqınlar onlarla insanın həyatına son qoydu

Dünya

Bu gün, 14:00

Güclü yağışlar Hindistan və Nepalda fəlakətə səbəb olub.

Modern.az xarici KİV-ə istinadla bidirir ki, rəsmilərin məlumatına görə, daşqınlar və torpaq sürüşməsi nəticəsində təxminən 20 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.

Hindistanın Uttar-Pradeş ştatında onlarla evə ziyan dəydiyi, Nepalın Baqlunq rayonunda isə torpaq sürüşməsi nəticəsində bir evin dağıldığı bildirilir. Xilasetmə qrupları zərər çəkmiş ərazilərdə işlərini davam etdirir.

Rəsmilər davam edən yağışlar səbəbindən yeni daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər. Meteoroloqlar bölgənin bəzi hissələrində əlverişsiz hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az