18 İyul 2019, 12:06 | Ana Səhifə - Yazılar - Məsləhət Onundur
Məsləhət Onundur

Akif Cabbarlı


Ötən əsrin axırlarında – dostlarımdan birinin dediyi kimi, min doqquz yüz çoxdanıncı illərdə ucqar dağ kəndində Zəhra nənə oğul-uşağı, nəvələri ilə özünün də bilmədiyi, fikrinə gətirmədiyi, olduqca mənalı, maraqlı həyat yaşayırdı. Dörd-beş inəyi, beş-on qoyun-quzusu, saysız-hesabsız toyuq-cücəsi, ördəyi, qazı ailənin ərzaq sarıdan korluq çəkməsinə imkan vermirdi. Bağ-bağatdan götürdüyü mer-meyvə, tərəvəz sahəsindən yığdıqları özlərinə də, hətta qonşularına da bol-bol yetirdi. Bir sözlə, heç nəyin korluğunu çəkmir, sağlam həyat tərzinin dadını çıxarırdılar. 

Allahın verdiyi nemətləri süfryə düzdükcə, ətli-canlı çolpanı, toyuğu doğrayıb qazana atdıqca Zəhra nənə əllərini qaldırıb ucadan səslənərmiş: 

- Xudaya, kərəminə şükür, ruzimizi kəsmirsən, qapımızın bərəkətini əksiltmirsən, Səndən çox razıyıq. Ya Rəbbim, bir xahişim var, həmişə mənim canımı sağ elə, ağlımı da əlimdən alma. Qulunam, Allah, səsimi eşit. 

Nəvələrinin ən dəcəli və fərasətlisi Ağəli nənəsinin hər gün eyni mətnlə Allaha müraciətinə qulaq asmaqdan bezib, axırda dözməyib: 

-Ay Zəhra nənə, hər dəfə qulaq asıram, eyni şeyi təkrar eləyirsən. Heç oğlun, qızın, nəvələrin yada düşmür axı, elə dayanmadan Allahdan özünə can sağlığı, baş salamatlığı istəyirsən. Bəs biz adam deyilik? 

Zəhra nənə Ağəlinin başını sığallayıb qısaca cavabını verir: 

- Ay bala, qurbanolduğumun vaxtı nə gəzir ki, bir-bir hamımızı dinləyib, ürəyimizdən keçəni yerinə yetirsin. Mən öz şəxsi xahişimi eləyirəm, eşidər-eşitməz, ya qismət. Siz də baxın da, növbə ilə əllərinizi qaldırın göyə, qəlbinizdən keçəni çatdırın. Məsləhət də ki, Onundur. Qandınız, ədə?! 

 

Dunka niyə yoxa çıxdı... 

 

Uşaqlıq dostum Nəriman əsl Allah adamı, həyatsevər, insansevər və heyvana, ağaca, gölə, dənizə, yaşıl yamaclara ürəyində tükənməz məhəbbət gəzdirən, qəlbən kövrək, ürəyiaçıq adamdır. Bu günlərdə görüşdük, söhbət elədik, adama bir parç pivə də içdik. Amma axıracan dostumun kefi açılmadı ki, açılmadı. Səbəbini soruşdum, bircə cümlə ilə cavabını verdi: 

- Heç, Dunkanı oğurlayıblar, ona görə qanım qaradır. 

Daha heç nə demədim. Dərhal bildim ki, həyətlərindəki iti nəzərdə tutur. Bu iti mən də görmüşdüm, hətta ürək eləyib zavallını başını da sığallaşmışdım. Ara-sıra Nərimangilə qonaq gedəndə bu boz, yaraşıqlı iti bir tikə toyuq ətinə, sosisə qonaq da eləmişdim. Dunkanı lap küçük vaxtından bu həyətdə yüz cür nəvazişlə, xətir-hörmətlə böyütmüş, nazını çəkmişdilər. İt də sakinlərlə necə deyərlər, nümunəvi davranır, uşaqlarla əylənir, böyüklərə səmimi qəlbdən iltifat göstərirdi. Bazarlıqdan gələn qadınların böyrünə düşüb giriş qapısınadək ötürür, az qala dil açıb öz köməkliyini təklif etmək də istəyirdi. Dunka həyətdə hamının sevimlisinə çevrilsə də, ondan zəhləsi gedən, bəzən aqressivlik göstərənlər də tapılırdı. Təbii ki, hərənin bir cür xasiyyəti olur və hər kəsdən heyvana qarşı mehribançılıq, ülfət gözləmək əbəsdir. Dunkadan acığı tutanların arqumenti isə adidən adi idi; it qapının ağzında, bəzən də liftin yanında kölgələnir, arabir də özünü unudub altını isladırdı. Nə etmək olardı, necə başa salydın ki, belə hallarda aralan, ağacların dibinə yaxınlaş. Bəlkə də Dunka elədiyinin peşmançılığını çəkirdi, amma danışa bilmidi axı, ürəyindən keçəni necə çatdıraydı... 

Nə isə. Nəriman müəllim bütün bunları xatırlayıb dərindən köksünü ötürdü: 

- Hə, qardaş, neçə gündür həyətimizdən Dunka əlli-ayaqlı yoxa çıxıb. Özbaşına heç yana gedən deyildi. Son günlər onun gözlərində qəribə bir nigarançılıq, izaholunmaz qüssə işartısı görürdüm. Görünür, bizdən ayrılacağı ürəyinə damıbmış. O gün Dunkanın itməsi barədə söhbət düşmüşdü. Bir nəfər qayıtdı ki, itib-itib də, bizə itmi lazımdır? Mən də qayıtdım ki, bəs it oğrusu necə, bizə lazımdırmı? Allahın dilsiz-ağızsız heyvanını aylardan bəri tapındığı, güvəndiyi, bir tikə çörəyə, bir ovuc suya görə şükranlıqla gəzib-dolaşdığı, əvəzində yad itləri, pişikləri həyətdən uzaqlaşdıran bir iti gedər-gəlməzə yollamaq hansı insafdandır? Onu yaradan varlıq qismətini məhz bu ünvana yazmışdı və bizlərə də mesaj yollamışdı ki, xəlq etdiyimi yaşatmaq və qorumaq da sizlikdir. Əməl elədikmi? 

Nə isə. Allah insaf versin aparana da, apatdıran da. Barı, yerini desinlər, məhəllədə onu görmək, vəziyyətindən xəbərdar olmaq istyən mərhəmətli və şəfqətli insanlar çoxdur... 

Nə deyək?! Nəriman müəllimin haqlı olduğunu təsdiq edən yəqin ki, tək mən deyiləm. 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30 Füzulidə xeyli sayda silah-sursat aşkar edildi 23 İyul 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 23 İyul 2021, 18:16 XİN sərhəddəki təxribatla bağlı məlumat YAYDI 23 İyul 2021, 18:10 İşdən çıxarılan "Zəfər" ordenli general... - DOSYE 23 İyul 2021, 18:06 Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisinə başlanıldı 23 İyul 2021, 18:03 İncəsənət Gimnaziyasının müəllimi vəfat etdi 23 İyul 2021, 18:00