Qazaxda əcnəbi sürücü sükan arxasında ölüb.
Modern.az xəbər verir ki, hadisə İkinci Şıxlı kəndində qeydə alınıb.
73 yaşlı Gürcüstan vətəndaşının meyiti idarə etdiyi TIR-ın sükanı arxasında aşkarlanıb. Onun qəfil ürək tutmasından öldüyü ehtimal olunur.
Araşdırma aparılır.