Modern.az

Beyləqanda sürücünü cərəyan vurub öldürdü

Beyləqanda sürücünü cərəyan vurub öldürdü

Hadisə

11 Oktyabr 2026, 11:18

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Modern.az xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

M. Səfərəliyevin "VAZ-2107" markalı avtomobili idarəetmədən çıxaraq, işıq dirəyinə çırpılıb. Nəticədə dirək maşının üzərinə aşıb. Bədbəxtlikdən sürücü avtomobildən çıxarkən onu cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı