Ər-Riyad hava limanına endirilən zərbə nəticəsində xəsarət alanların sayı 309 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Hücum nəticəsində 309 nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyəti ağırdır”, — deyə məlumatda bildirilir.
Zərbə nəticəsində 12 nəfər həlak olub.
Qeyd edək ki, oktyabrın 3-də husilər Ər-Riyadda yerləşən Saudi Aramco neft şirkətinin obyektinə zərbə endirdiklərini açıqlayıblar. Yəmən husilərinin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səriyanın həmin vaxt verdiyi məlumata görə, raket və dron hücumları nəticəsində obyektdə çoxsaylı yanğınlar baş verib.