3 Sentyabr 2019, 16:13 | Ana Səhifə - Yazılar - Ah, Paris, Paris!.. Fransız qızların arzusu…
Ah, Paris, Paris!.. Fransız qızların arzusu…

Elçin Alıoğlu


"Ah, Paris", "Fransa stili", "Fransız dəbi"… Bir sözlə, Fransa dünyada bəlkə də yeganə ölkədir ki, brend kimi tanınır.
Müsyö Jordan da ki, heç.

Bəs yaxşı, nədir fransız həyatı, fransızlar necə yaşayırlar, yaşamlarında fərqlər hansılardır?

… Fransızların pəhrizləri, arıqlama metodları və s. barədə yüz minlərlə məqalə, yazı var. Gördüklərimi yazıram.

Parisdə xanımlar S ölçüdən kök olmamağa can atırlar. M ölçülü xanımlar da az deyil, amma onların əksəriyyəti arıqlamaq istədiklərini deyirlər.

Kruassan. Bu təamı uşaqlar, əyalətlərdən gələnlər və turistlər çox sevirlər. Orta statistik parisli ailəsində (yoxsul ailələri, mühacirləri və s. nəzərdə tutmuram) səhər yeməyində meyvə şirələri, qəhvə və taxıl məhsullarıdır.

Detoks parislilərin tutqusudur. Apteklər detoks çaylarla, ampullarla, həblərlə, dükanlar isə şirəçəkənlərlə doludu.

Fəqət, parisli masa arxasında arıqladığından danışmağı sevmir. Bu, tərbiyəsizlik sayılır. Çünki fransızlar yeməyi, yaxşı yeməyi sevirlər. Hamısı da kulinar şoulara baxırlar. Bu səbəbdən kimsə bilməməlidir ki, masa arxasında sizinlə üzbəüz oturmuş xanım paxlalı steykdən sonra tam bir həftə naharda və şam yeməyində sadəcə, sup yeyəcək.

Şef-aşpazların əksəriyyəti kök deyil.

Təbii, Parisdə kök və ya toppuş xanıma kimsə "fi, bu nədir" deməyəcək. Lakin onun öz vücuduna laqeyd qalmasını "belə olmaz" deyərək şərh edəcəklər.

Fransız stili. "Bütün sirr gözəl paltodadır, bla-bla-bla, sonra bu şərfi seçin, bla-bla-bla, dodaqlarınızı boyayın bla-bla-bla..." belə deyil və parisli xanım kimi görünmək mümkünsüz. Tam obraz yaratmaq lazımdır.

Dəyərli xanımlar, nə geyinəcəyinizi bilmirsinizsə - qara rəngi seçin. İstənilən durumda. Yəni "Black is the new black". Qaranın alternativ hələ ixtira olunmayıb.

Brendlər. Parislilər arasında "brend xəstəliyi" yoxdur. Yəni sinəsi boyu GUCCİ yazılmış maykada şəstlə gəzən xanımı görsəniz, bilin ki, parisli deyil. Pulun çoxluğunu gözə soxmaq da mədəniyyətsizlik sayılır.

Parislilərin çoxu H&M-dən geyinir, amma bu zaman pulu olan xanımlar 5 min avroya çanta alırlar. Parisli xanım iki nəsnəyə çox önəm verir: çanta və ayaqqabı. Yerdə qalan hər şey köhnə-küləş, ucuz ola bilər.

Parisli xanım işə gedirsə, qara pencək, qışda da qara palto geyinir, vəssəlam - obraz hazırdır.

Saç daramamaq da dəbdir. Ceyn Birkindən sonra "yataqdan indi durmuşam" stili geniş yayılıb. Birkin demişdi axı: "My mother was right: When you've got nothing left, all you can do is get into silk underwear and start reading Proust".

Parisli qadınlar arasında yalın ayağa tufli geyinmək də adi haldır.

Metro və maşın. Parislilər metronu çox sevirlər. Paris metrosunda naziri sidik iyi verən kloşarın yanında görmək olar. Avtomobil dayanacaqları çox azdır.

Marsel, Lion, Bordo və ya Tuluzadan fərqli olaraq, Parisdə hamı maşın almağa can atmır. Maşın Parisdə baş bəlası, can sıxıntısıdı

Konsertlər. Parisdə bütün səs-küylü iventlər (şoular, konsertlər və s.) ya xüsusi meydançalarda, ya da Sena çayına yaxınlıqda təşkil olunur. Yaxud da çayda sahilə yan almış gəmilərjə, ya damlarda ruftoplar formasında, ya da yeni binalı rayonlarda.

Parisin mərkəzində açıq havada şou və ya diskoteka görmədim. Bu tısbağanın uçma ehtimalı səviyyəsindədi.

Ailə. Parislilər amerikalılar deyillər və “melting pot” sevmirlər. Bu şəhərdə “mixing pot” yayılıb. Yəni metroya düşübsünüzsə, ümumi dostlar arasında itməyəcəksiniz. Hərə uşaqlığından öz yolu ilə gedir.

Məsələn, ən bahalı universitetlərdə əsl-nəcabətli parisli ailəsinin övladı ilə eyni qrupda oxuyan "adi, orta" gəncin karyera şansı adidir. Əsilli gənc isə karyerasını sürətlə quracaq, sosial liftdən daha tez faydalanacaq.

Parisli qızların arzusu "burjua ailəsindən oğlan"la ailə həyatı qurmaqdır. Ancaq sosial strat deyilən problem var. Məsələn, atası ofis klerki, anası müəllim olan qızın varlı oğlana ərə getmək şansı çox, amma çox azdır. Kinolara inanmayın.

Keyt Middlton və ya Meqan Marklın nikahları təki mezalyanslar Parisdə nadir məsələdi.

Parisli etiketi. Nəyisə yanlış etsəniz, əsl parisli heç vaxt sizə kəskin irad bildirməyəcək. Amma səhv təkrarlandıqca ətrafınızla aranızda boşluq yaranacaq. Ünsiyyət azalacaq.

Bəs yanlış etdiyinizi necə bilməli? Parisli sizə sadəcə, bir dəfə deyəcək: "Belə etmirlər". Vəssəlam. Bunu özünüz öyrənməlisiniz.

Masa arxasında olanda qabdan son tikəni başqalarına təklif etmədən yemək kobudluq sayılır. Əllə yalnız çörək yeyilir. Bəzi parisli ailələrdə hətta almanı belə, bıçaq-çəngəllə yeyirlər. Krevetkalar da eynən. Kahı əsla bıçaqla kəsilmir.

Bir sirr də açım: parisli masa arxasında olanda heç vaxt ondan sağ əlini uzadıb qarşısında adamın sol tərəfində olan çörək tikəsini götürməz.

Disney mahnıları. Parisdə 10-40 yaşlı xanımlar Disney animasiya filmlərindəki mahnıları çox sevirlər. Xüsusilə də "Let it go iz Frozen"i.

Muzeylər. Parisdə muzeylərə həmişə uzun-uzadı növbələr var. Qran Paledə məsələn, əlinizdə bilet olsa belə, 5 saatadək gözləyə bilərsiniz.

Parisli ruhu. Təbii, parislilər söhbətlərində hökumətin yaramazlığındaan, bahaçılıqdan, miqrantların şəhəri başına almasından, Fransanın geosiyasi meydanda zəifləməsindən, iqtisadi və siyasi problemlərdən çox danışırlar.

Saytlar, telekanallar, radioların ən sevimli mövzusu "Nə qədər davam edəcək bu rəzalət?!" sualının refrenidi. Lakin parislilər səmimi-qəlbdən əmindirlər ki, onların şəhərində nə isə görünməz, ruh sayılası nəsnə var ki, bütün dünya Parisə can atır.

Parisli ilə yaxın əlaqə qurmaq da asan deyil. Bunun üçün bəzən 2-3 il gərəkdir. Bu müddətdən sonra qonşularla və ya iş yoldaşları ilə birlikdə harasa istirahətə dəvət ala bilərsiniz.

Parisdə kirayə ev tutmaq da asan deyil.

İci Paris.

Merci, mesdames et messieurs...

MÜƏLLİFİN DİGƏR YAZILARI
 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59 Türkiyədə 107 yanğın nəzarətə alındı - FOTO 1 Avqust 2021, 12:55 Rusiyda virusdan ölənlərin yeni sayı 1 Avqust 2021, 12:51 Zəngəzur dəhlizi: Rusiya və Fransadan fərqli mövqe 1 Avqust 2021, 12:40 Gürcüstanlı idmançılar Olimpiya kəndindən çıxarıldı 1 Avqust 2021, 12:38