Modern.az

Vahid Əhmədov: “Qarabağ münaqişəsinin həllində hərb variantı qaçılmazdır”

 Vahid Əhmədov: “Qarabağ münaqişəsinin həllində hərb variantı qaçılmazdır”

Ölkə

6 Oktyabr 2009, 16:51

Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin üzvü, bitərəf millət vəkili Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, neçə ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb, ölkəmizin hərbi büdcəsi hər il artırılmalıdır. D

eputatın sözlərinə görə, hərbi büdcəni artırmadan ölkədə tam döyüş qabiliyyətli ordunu formalaşdırmaq çətin olar: “Düzdür, bəzi dövlətlər, beynəlxalq təşkilatlar tez-tez belə bir narahatçılıqlarını dilə gətirirlər ki, Azərbaycan dövləti hərbi sahənin maliyyələşdirməsinə həddindən artıq diqqət yetirirr, ancaq şəxsən mən belə hesab edirəm ki, bu yöndə narahatçılıq dolu bəyanatların səsləndirilməsi əsassızdır. Azərbaycanın işğala məruz qalmış bir ölkə olaraq hərbi cəhətdən güclənməyə və müharibə qurtarana kimi hər il hərbi büdcəsini artırmalıdır”.

V.Əhmədov bildirib ki, Azərbaycanda güclü, döyüş qabiliyyətli ordunun formalaşmasının qarşısını heç kim və heç bir qüvvə ala bilməz: “Bu, Azərbaycan dövlətinin öz siyasətidir və hesab edirəm ki, Prezident tərəfindən həyata keçirilən bu siyasət də düzgün aparılır. Azərbaycanda güclü ordu formalaşdırmaq istiqamətində  xeyli addımlar atılıb. Əgər sabah Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa, o zaman Azərbaycan hərb ilə öz torpaqlarını işğaldan azad etməyə çalışmalıdır”. V.Əhmədov hesab edir ki, sülh yolu ilə işğal altında olan bəzi rayonlar Azərbaycana qaytarıla bilər, amma bütün Qarabağ ərazisinin danışıqlar vasitəsilə azad edilməsi mümkün deyil.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi