Modern.az

Təhlükəli mallar bazardan yığışdırılacaq

Təhlükəli mallar bazardan yığışdırılacaq

Ölkə

17 Sentyabr 2026, 11:02

İnsanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması və məhv edilməsi ilə bağlı yeni hüquqi mexanizm müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Texniki tənzimləmə haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Yeni maddəyə görə, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur.

Bu tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqlədiyi qaydalara uyğun həyata keçiriləcək.

Layihənin əsaslandırmasına görə, dəyişiklik təhlükəli malların bazarda qalmasının, bununla da insanların həyat və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib. Eyni zamanda, qanunla belə mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsi də konkretləşdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir