14 Aprel 2020, 21:51 | Ana Səhifə - Yazılar - Yaxşı olanı qiymətləndirmək bu qədərmi çətindir?!
Yaxşı olanı qiymətləndirmək bu qədərmi çətindir?!

Elman Babayev


Azərbaycan dövlətinin koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirdiyi tədbirlər, təkcə karantin qaydalarına nəzarət, insanları qorumaq üçün atılan zəruri inzibati addımlarla bitmir. Reallıq bundan ibarətdir ki, karantin dövründə ölkə vətəndaşlarının sosial problemlərinin həlli dövlət siyasətində ön plana çəkilib, atılan addımlarda əhalinin sosial rifahı məsələləri öz əksini tapıb.

Azərbaycan dövləti bir daha əhalinin sosial müdafiəsinin öndə olması prinsiplərinə sadiqliyini nümayiş etdirməkdədir. Kimlərsə bu addımların yetərli olmadığını düşünə bilər. Fəqət prezident İlham Əliyevin də bəyan etdiyi kimi, hazırda tətbiq olunan proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri də tətbiq olunacaq. Təsadüfi deyil ki hər gün verilən sərəncamlarla bunun şahidi olmaqdayıq.

Di gəl ki, müxalif baxışlı insanlar belə bir həssas məqamda həyata keçirilən tədbirləri yenə də gözdən salır, yaxşını yaxşı rakursdan qiymətləndirmək yerinə qulp qoymağa çalışırlar.
Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar həcmində vəsait ayrılıb. Çoxşaxəli tədbirlər görülməkdədir ki, karantin dövründə əhalinin bütün təbəqələri prosesdən az zərərlə çıxsın.

Kifayət qədər əhatəli tədbirlər icra olunmaqdadır. Bura koronavirus xəstələrinin müalicəsi üçün yeni xəstəxanaların istifadəyə verilməsi, daxili tələbatı ödəmək üçün operativ şəkildə tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının artırılması, sosial xidmət işçilərinin əməkhaqlarına əlavələrin edilməsindən tutmuş, sahibkarlıq subyektlərində çalışan işçilərin əməkhaqqının əhəmiyyətli bir hissəsinin dövlət tərəfindən ödənilməsi, dövlət sektoru və qeyri-dövlət sektoru üzrə isə işçilərin əməkhaqqının saxlanmaqla məşğulluğunun təmin edilməsi, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanılması, 20 mindən artıq həssas təbəqəyə daxil olan tələbələrin təhsil haqqının ödənilməsi və başqa bu kimi sadalamadığımız digər mühüm tədbirləri aid etmək olar.

Bu tədbirlərdən biri də sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfinin artmasını nəzərə alaraq edilən güzəştdir. Son günlər müxalifət dairələri bu addımın əhəmiyyətini azaltmaq üçün müxtəlif əsassız iddilar ortaya atmaqdadır. Məqsəd bu məsələnin üzərində dayanıb atılan digər addımları kölgədə qoymaqdır. Gəlin diqqət edək: sonuncu dəfə elektrik enerjisi sərfiyyatına limit tətbiq olunanda müxalifət nə deyirdi? Səslənən iddiaları ümumiləşdirsək, bildirilirdi ki, iqtidar xalqı düşünmür.
Karantin dövründə əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 kilovat-saat artırılaraq, 400 kilovat-saat müəyyən edilib. Müxalifət indi nə deyir? İddia edir ki, onsuz da əhali bu qədər enerji sərf etmir; atılan addım imkanlı təbəqəyə hesablanıb.
Sirr deyil ki, xüsusi karantin rejimi ilə əlaqədar insanların böyük qismi evdə oturmaq məcburiyyətindədir, demək, istər-istəməz enerjiyə tələbat da artıb. Bəhs olunan qərar da məhz buna hesablanaraq verilib.
Niyyət açıq ortadadır: görülən tədbirlərin əhəmiyyətini azaltmaq, populist bəyanatlarla əhalinin həssas təbəqəsini qıcıqlandırmaq, bədbin proqnozlar səsləndirməklə əhalidə ruh düşkünlüyü yaratmaq.

Amma reallıq bu niyyətin baş tutmasını əngəlləyəcək. Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi özünün rifah halının yaxşılaşması üçün həyata keçirilən işlərin fərqindədir. Möhkəm iqtisadi baza, uzun illərdir əsası qoyulmuş sosial-iqtisadi kursun yeni dövrün reallıqlarına uyğun davam etdirilməsi Azərbaycan vətəndaşının gələcəyə nikbinliklə baxmağına tam əsas verir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Leyla Əliyeva qardaşını təbrik etdi: “Nə yaxşı ki, varsan!”   3 Avqust 2021, 00:34 Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı 3 Avqust 2021, 00:23 Deputatlar Eldəniz Səlimova görə toplanır - Son qərar veriləcək 3 Avqust 2021, 00:11 Ronaldo “Real”a qayıtmaq istəyir 3 Avqust 2021, 00:01 Bill Qeyts boşandı   2 Avqust 2021, 23:50 “YAŞAT” 8163 nəfəri öhdəliyə götürüb 2 Avqust 2021, 23:39 Türkiyədə beş gündə 132 yanğın olub   2 Avqust 2021, 23:33 Putin Paşinyanı belə təbrik etdi 2 Avqust 2021, 23:24 Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Yaylaqda köməksiz qalan şəxs xilas edildi   2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56