Modern.az

Marketlərdəki saxta əqzaq nə vaxt tükənəcək?

Marketlərdəki saxta əqzaq nə vaxt tükənəcək?

8 Oktyabr 2009, 17:46

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı mağazalardan külli miqdarda keyfiyyətsiz mal aşkarlanıb.
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində İlham İsmayılova məxsus mağazada, Səbail rayonunun Badamdar qəsəbəsində “Star market”də, Nizami rayonunda “Qasid market”də, “İdrak market”də, “Elgün market”də, “Samir market”də, Xətai rayonunda “Ailəvi” marketdə, “Sev-al market”də, Mirhüseyn Sadıqova məxsus marketdə, Gülnarə Əhmədovaya məxsus mağazada, Gəncə şəhəri Sadıllı qəsəbəsində Aqil Məmmədova məxsus ərzaq malları mağazasında, Yeni Gəncə qəsəbəsində Qəribə Həsənovaya məxsus ərzaq malları mağazasında, Şahmar Məmmədova məxsus ərzaq malları mağazasında, Quba rayonunun Alekseyevka kəndində Novruz Qafarova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 400 kiloqramdan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər nəticəsində Bərdə rayonunun Cəyirli kəndində Bayram Qarayev tərəfindən satılan 6,52 ton saxta sement satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Modern az. dövlət xidmətinə istinadən xəbər verir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 17 may 2009-cu il tarixindən bəri parılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 463 fiziki şəxsə 691 min manat cərimə tətbiq olunob.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir