6 Avqust 2020, 08:47 | Ana Səhifə - Yazılar - Bir günün son xəbərləri... Və düşüncələrim...
Bir günün son xəbərləri... Və düşüncələrim...

Aida Eyvazlı

Dünya dəniz kimi çalxalanır. Livanda koronovirus hesabatını itiriblər. Daha bu haqda düşünmürlər. Bu süni yetişdirilmiş koronovirusu dünyaya yayanın, bu oyunu genişləndirərin nəyinə, harasına, kiminə söyüb qarğayasan? Xarici xəbər televiziyalarına baxıram, CNN, Evronews qan ağlayır. Bir anın içərisində xarabazarlığa dönən Beyruta baxanda adamın ödü ağzına gəlir. İnsan bilməz ki, 1 saniyədən sonra başına nə gələcək? Xərabətə baxanda, Xocalını xatırlayıram. Bilirəm ki, Xocalıda bizi qıranların çoxu Livandan gələn ermənilər olub. Tanrı heç nəyi əvəzsiz qoymur. Şərqdə belə bir məsəl var: "Alma məzlumun ahın, Çıxar ahəstə-ahəstə...".

Bəlkə o qış gecəsində bizim uşaqları-qocaları yandıran, güllələyən, zorlayandan haqqımızı alırdı Tanrı dünən?! Bir neçə vicdansızın oduna, günahına bir şəhərin əhalisini, yurdunu yerlə-yeksan etdi? Onu bilirəm ki, Tanrı dərgahında, onun Göy Səması altında heç nə cavabsız qalmır. İnsan bu dünyada törətdiyi bütün əməllərin əvəzini alır. İncildə belə bir sətir var: "Hər kəs öz əməlinin cavabdehidir". Baxmayaraq ki, bizim Azərbaycan dövləti onların dərdlərinə şərik olur, hətta başsağlığı da verir ki, dərdlərini dərdimiz bilirik. Çünki biz bu yola bələdik. Qarabağ və ona bitişik 7 rayonumuz bax belə yerlə-yeksan olub.

Dünyada bu qədər çalxalanmaların içərisində, bir tərəfdən də koronovirus adlı pandemiya ilə vuruşuruq. Əfsuslar olsun ki, bizim bədbəxt Azərbaycanda bu xəstəlikdən də qazanmaq istəyənlərimiz tapılır. Elə bilirsiniz ki, bu bizi koronaya baş əydirənlər, öz cəzasını almayacaq? Onlar da bütün günahsız insanlığın ağrılarının cavabını verəcəklər. İnsan etdiyi haqsızlığın əvəzini özü almasa da, övladları və ya nəsli çəkir.

Həəəəə.... Orda qaldım ki, Beyrutun xarabazara çevrilən küçələrinə baxanda dəhşətə gəlirəm. Orada qan içərisində çığıran uşaqları gördüm... Yazığım gəldi. Yadıma 3 il bundan əvvəl öz evində, həyətində nənəsi ilə gəzən 2 yaşlı Zəhra düşdü. O da qan içərisində idi. Onu öldürən silahlar da Livanda yaşayan erməni lobbisinin pulu ilə alınmışdı. Mən unuda bilmirəm baş verənləri. Beyrut insanı, orada bu dəhşətli hadisənin şahidi olanlar da bu fəlakəti heç vaxt unutmayacaqlar. Dəhşətdir, bir saniyədən sonra, gözünü açıb, özünü xərabətdə görəsən...

Bu da insan əlinin işidir. Tanrı elə bil ki, meydanı şeytana verib. O da bildiyini edir. Deyirlər ki, Beyrutda partlayışa səbəb ermənilərin də istifadə etdiyi amonium nitratı olub. "Rosos" gəmisində saxlanan kimyəvi maddənin çəkisi 2 min 750 ton olub. Onu da bir rus iş adamından müsadirə ediblərmiş. O partlayıcı kimyəvi maddənin satışı ilə məşğul olan rus, İqor Qreçuşnik (soyadının kökü də elə günah sözünə yaxındır) Livanda malları və kirayə etdiyi gəmisi müsadirə olunandan sonra, müflis olub. Gəmidə qalan dənizçiləri isə Tanrının ümidinə buraxıb."Rosos" gəmisinin kapitanı Boris Prokişev dəfələrlə Beyrutdakı rus konsulluğuna müraciət edib, Putinə məktub yazıb ki, onları bu gəmidən xilas etsinlər. Lakin rus konsulluğu, onların xahişini rədd edib. Deyib ki, sizə görə biz bura xüsusi təyinatlılarımızı gətirən deyilik. O gəmidə qalanlar çox çətinliklə, min-bir əzab-əziyyətlə dönə biliblər Rusiyaya.

Beyrutda həmin axşamüstü yerli vaxtla saat 17 radələrindən sonra partlayış təkcə gəmidə deyil, şəhərin bir neçə yerində baş verdi. Nədənsə, bu məqamları açıqlamırlar. Ancaq "Rosos" gəmisindən danışırlar. Çünki amonium nitrat özü-özündən partlayan bir maddə deyil. Ona kənar müdaxilə edilib. O məlumdur ki, bu terrorun içində o nitratın yerini bilənlərin izi vardır. Kim bilir... Br də gördün ki, hansısa terror qruplaşması elan etdi ki, Beyrut fəlakətini biz törətmişik. Terrorçunun nə cinsi, nə milliyyəti olur.

Dünyanın üzü insanlardan dönüb. Bu günün Dünya xəbərlərinə baxandan sonra məlum oldu ki, təkcə bu gün (05.08.2020-ci il) Amerikada sürəti saatda 100 kilometr olan, "İsaias" fırtınası bir şəhərdəki evləri sovurub göyə. Fırtınadan sonra evlərin sınmış qalıqları, uçulmuş divarları və damları qalıb. Evləri yerlə-yeksan edib. Beyrutda olduğu kimi. Bu xəbərin ardınca isə İtaliyada, Fransada, Sibirdəki meşə yanğınlarından da nə qədər insanın və canlının ziyan çəkdiyini, evsiz -eşiksiz qaldığını söylədilər.

Bircə xoş xəbəri o oldu ki, İsveçdə koronovirusla mübarizə ən yüksək səviyyədə aparılıb. Korononavirusu insanlarla baş-başa buraxıblar. İnsanları konstitusiya ilə sahib olduqları hüquqlarından məhrum etməyiblər. Buranın insanları da çox anlayışlı və intizamlıdırlar. Buna görə də virusa qalib gəlməyə başlayıblar.

Almaniyada isə sahibkarlar, iş adamları koronovirus bəlasından əziyyət çəkməyiblər, demək olar ki, Dövlət insanların bütün xərclərini ödəyib. İnsanlar arasında hakimiyyət və dövlətdən şikayətçi olanı yoxdur. Qanun burada şahdır, buna görə də vətəndaş məmnundur.

Bizdə Azərbaycanda 3 milyona yaxın insan işsizdir. Statistika idarəsi, ƏSMM rəqəmləri dövlət başçısına doğru çatdırmır. Haqq-hesablarını düzgün aparmırlar. Gömrükdə hələ də rüşvətxorluq halları var. (Bu günlərdə bir firmadan ətçəkən maşını almaq istədim. Firmanın nümayəndəsi deyir ki, mallarımız gömrükdə ilişib qalıb, gömrükdə rüşvət istəyirlər. Onu verəndən sonra, mallarımızı alıb, sizin sifarişinizi gətirə bilərik!).
Yəni, bu qədər əziyyət çəkirik, bu qədər bəlanın içərisində, bu qədər cinayətkar tutlduğu halda, görəsən doğrudanmı, Gömrük hələ belə risk edir?
Amma bu gün bir hadisəyə də sevindim ki, MM-in iclasında bəzi deputatlarımız sözün əsl mənasında xalqın bu pandemiya dövründə düşdüyü çətinlikləri qabardıblar. Hətta deputatlardan biri deyib ki, 2 milyondan çox insanımıza 190 manat (əslində 3, 4, 5 nəfər ailə üzvü olan evə 190 manatla ayı başa vurmaq cəzası səfalətdir) verilməlidir. O deputat çox doğru deyir. İnsanlar kirayə evlərdə yaşayırlar. İş yerləri məcburi bağlandığından  kirayə pullarını verə bilmirlər, evinə çörək ala bilmirlər. Burada istər-istəməz düşünürəm ki, öz vəzifəsində niyə oturduğunu bilməyən nazir və komitə sədrləri, Operativ Qərargah belə qərarları hansı hesabla qəbul edir görəsən? Görəsən 190 manatı iki ay verdikdən sonra, daha sonra niyə vermədilər? Əgər dövlət büdcəsini düşünürlərsə, narahat olmasınlar. Bu 5 ayda o ki var cərimə yazılıb kasıb-kusuba. Daha fikirləşmədilər ki, bəs bədbəxt Azərbaycan vətəndaşı özü və körpə uşaqları nə yeyəcək? Nə haqq bilirlər, nə hesab? Hər dövlətin Operativ Qərargahı da milli mentalitetə görə qərarlar qəbul etməlidir.

Qərargah demişkən, xəbəriniz yoxdur ki, o Koronovirus Fonduna yığılan pulların taleyi necə oldu?!. Əvəllər deyirdilər ki, bu fondun hesabatı şəffaf olacaq. Əslində yığılan, toplanan, çıxılan pullarla, dövlətimizin "zapasları", ilə bu koronovirus dövründə biz də Almaniya kimi vətəndaşlarımıza sahib çıxa bilərik axı. Axı niyə unutmusunuz ki, bir zamanlar "kreativ" bir sözünuz var idi eeee... Azərbaycanın "şişirdilmiş yalançı göstəricilərini" tərifləmək üçün növbəyə düzülən trol jurnalistlərin: "Analoqu olmayan Azərbaycan" cümləsi. Əgər həqiqətən də bu yaxşı mənada işlənən sözdürsə, o zaman o sözün xatirinə imicimizi yerə vurmayaq. Gəlin dünyanı özümüzə güldürməyək. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ağır dönəmlərdə öz çıxışlarında dəfələrlə ölkənin əsas varidatının onun vətəndaşları olduğunu vurğulayıblar. O zaman biz vətəndaşlara niyə bu çətinlikləri yaradırsınız? Nədir fikriniz? Ölkədə ixtişaş,xaos yaratmaqmı istəyirsiniz?! Etməyin!!! Siz ağılla, təmkinlə, xalqın milli adət-ənənələrinə, sayına görə tutun siyahınızı. Ötən il dekabr ayında bizi siyahıya alanda etdiyiniz fırıldaqları daha etməyin. Ev-ev gəzməyib, vətəndaşları siyahıya almadığınızı unutmamışıq. Təəssüflər olsun ki, ancaq əsgər getmək vaxtı gələndə, o siyahıya almadığınız vətəndaşın qapısını döyürsünüz.
Bax belə...

Ancaq ki, Beyrutda baş verənləri, Avropada olan yanğınları, Amerikada baş verən fırtınanı... o qan göllərini görəndən sonra, onu da fikirləşdim ki, təki can sağlığı olsun, təki bizim başımıza daha terror, təbii fəlakət gəlməsin. Onsuz da biz 30 ildir ki, çəkdiyimizi çəkirik. Əgər bu 30 ildə vəzifəyə gətirdiyimiz məmurlar (əlbəttə içərilərində vicdanlı və qeyrətliləri var idi) ölkəmizi talan etməsəydilər, indi biz də BƏƏ, Sinqapur kimi olardıq. Neyləyək ki, Vətəni qurmaq, tikmək əvəzinə talan etdilər, Vətəni daşıyıb apardılar. Övladlarına və özlərinə başqa ölkələrdə vətən qurdular. Onu bilin ki, övladını Azərbaycanda yaşatmayan məmur, heç vaxt bu vətənə xidmət edə, bu Vətəni sevə bilməz.

Hə...İnsanın bir anın içərisində Vətənsiz, evsiz, damsız, doğmalarsız qalması çox çətindir.
Onu da deyim ki, bu gün diqqətimi cəlb edən xəbərlərdən biri də Abşerondakı idman kompleksinin xəstəxanaya çevrilməsi idi. Bu heç yaxşı xəbər deyildi. Koronovirus hiyləsi, oyunu üstümüzə təzə hücum çəkəndə, dövlətimiz bu xəstəliyin tələləblərinə cavab verən 6 xəstəxana tikəcəyini bəyan etmişdi. Fikirləşmişdim ki, "məgər bizdə o qədər xəstə var ki?". Ürəymdə ÜST-ü söymüşdüm. Ancaq sonra özünüz gördünüz də nələr oldu. Xəstəxanalar dolub- daşdı. İndi İsmayıllıda, Qobustanda da daha iki xəstəxana açıldı. Demək həqiqətən də payızda vəziyyətimiz bundan da pis ola bilər. Onsuz da evdə oturmaqdan və ərazaq səbəti dolu olmadığından immuniteti aşağı düşən, işsizlikdən, dəli olmaq həddinə çatan, stress keçirən vətəndaşlarımızın halı hələ bundan sonra da yaxşı olan deyil. Ancaq ona da inanıram ki, nazirliklər, komitələr hesablarını düz aparsalar, vurma-çıxmalarının cavabını doğru yazsalar, Dövlət babamızın Almaniya kimi vətəndaşlarının qayğısına qalmağa gücü çatar.

Bununla belə, üzümü yaxşı, vicdanlı, mərhəmətli insanlara tutub deyirəm: hər şeyi dövlətdən gözləməyin. Dövlətdən qazandıqlarınızı Dövlətin yaşaması, var olması üçün xərcləyin. Buna görə ehtiyacı olanların əlindən tutun. İnsan əl-ələ verəndə güclü olur. O zaman görəcəksiniz ki, ##BİZBİRLİKDEGÜCLÜYÜK. İnanın ki, Tanrı bir gün etdiklərinizin qarşılığını verəcək.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Deputat Küveyt səfirilə görüşdü 24 Sentyabr 2021, 13:58 Zəngilanlılar bu ilin sonunadək öz evlərinə qayıda bilər - Prezident 24 Sentyabr 2021, 13:45 Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRDIR 24 Sentyabr 2021, 13:39 “Atamın məzarını ziyarət edəndə ona əsgəri salam verdim” - İlham Əliyev 24 Sentyabr 2021, 13:37 “Prezident regionda davamlı sülh istədiyimizi bir daha dünyaya çatdırdı” 24 Sentyabr 2021, 13:32 Hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir - Nazirlik 24 Sentyabr 2021, 13:26 İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI 24 Sentyabr 2021, 13:20 Şənbə gününün havası - Külək əsəcək, yağış yağacaq 24 Sentyabr 2021, 13:15 Qazinin pulunu və medalını oğurlayan şəxs tutuldu 24 Sentyabr 2021, 13:10 Qafqaz ölkələrini birləşdirəcək şərab marşrutu hazırlandı 24 Sentyabr 2021, 13:06 Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu... - İlham Əliyev 24 Sentyabr 2021, 13:02 COVID-19 və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək? 24 Sentyabr 2021, 12:58 Sentyabrın bütün ödənişləri KÖÇÜRÜLDÜ 24 Sentyabr 2021, 12:54 Kiyevdə Azərbaycan və Qırğızıstan diasporlarının görüşü keçirilib 24 Sentyabr 2021, 12:50 Nərimanovda şəhid ailələri ziyarət edilib 24 Sentyabr 2021, 12:45 Tuğda şərab zavodu bərpa olunacaq - Yeni mərkəzlər yaradılır 24 Sentyabr 2021, 12:40 İlham Əliyev: “Döyüş əməliyyatlarının planı çoxdan hazırlanırdı” - MÜSAHİBƏ 24 Sentyabr 2021, 12:34 Gəncə Dövlət Universitetin idarə heyəti toplandı 24 Sentyabr 2021, 12:30 Almaniyanın yeni kansleri kim olacaq? 24 Sentyabr 2021, 12:27 Dövlət Komitəsinin əməkdaşları Qroznıya səfər ediblər 24 Sentyabr 2021, 12:22 Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini 24 Sentyabr 2021, 12:16 Prezident şəxsi xüsusiyyətlərindən danışdı: “Prinsipcə, sakit insanam” 24 Sentyabr 2021, 12:10 ADU-da şəhid Ülvi Bünyadzadə anılıb - FOTOLAR 24 Sentyabr 2021, 12:05 İlham Əliyev İraqın neft nazirini qəbul edib 24 Sentyabr 2021, 12:00 “Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə...” – Prezident 24 Sentyabr 2021, 11:56 Prezident XTQ-nin fəaliyyətini yüksək qiymətləndirdi 24 Sentyabr 2021, 11:52 Yuxarı Qarabağ kanalında bir nəfər batıb 24 Sentyabr 2021, 11:48 Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisindən FOTOLAR 24 Sentyabr 2021, 11:44 Bu tarixədək Azərbaycan internetlə tam təmin olunacaq 24 Sentyabr 2021, 11:38 MRT və KT müayinələri üçün əks göstərişlər AÇIQLANDI 24 Sentyabr 2021, 11:35 Sentyabrda temperatur normadan yüksək olub 24 Sentyabr 2021, 11:34 Nazir azad edilmiş ərazilərdə kənd təsərrüfatının potensialından DANIŞDI 24 Sentyabr 2021, 11:30 Ağsaqqallar Şurasından Tahir Süleymanova ad günü təbriki 24 Sentyabr 2021, 11:30 Borcunu qaytarmaq istəməyən soydaşımızdan qandonduran QƏTL 24 Sentyabr 2021, 11:26 Milli Məclisdə narkomaniya ilə bağlı dinləmə keçiriləcək 24 Sentyabr 2021, 11:25
SORĞU Hansı vaksinə etibar edirsiniz?