Modern.az

Ağcabədidə ağır qəza: iki qardaş öldü

Ağcabədidə ağır qəza: iki qardaş öldü

Hadisə

26 Sentyabr 2026, 19:13

Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Belə ki "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib.

Ölən şəxslərin qardaş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır