Modern.az

İstanbulda 164 nəfər həbs edilib

İstanbulda 164 nəfər həbs edilib

Dünya

26 Sentyabr 2026, 20:38

Türkiyənin İstanbul şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan küçə satıcılarına qarşı keçirilən əməliyyat nəticəsində 164 şübhəli şəxs həbs edilib.

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.

Məlumata görə, küçə satıcılarına qarşı aparılan istintaq çərçivəsində yeni sübutlar əldə edilib.

"Hakimlərin qərarı ilə 164 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Daha 13 şübhəli barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verilib. İstintaqdan yayınan 3 şübhəli barəsində isə axtarış qərarı çıxarılıb", - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır