15Avqust | Ana Səhifə - Yazılar - Bəhram Xəlilov Məleykə Abbaszadə qədər niyə hörmətli ola bilmir?
Bəhram Xəlilov Məleykə Abbaszadə qədər niyə hörmətli ola bilmir?

Vəfa Allahverdiyeva

 

Müasir, pilləkənvari təhsil sistemi insandan ölənə qədər  oxumaq tələb edir-əvvəlcə bakalavr, sonra magistiratura, ardınca doktorantura, nəhayət, əlavə  iki mərhələli imtahan prosesi:  bu da dövlət qulluğuna  qəbul üçün. 

Əslində qəbir evinə qədər oxumaqda pis  nə ola bilər ki: daim öyrənir, daim təkmilləşirsən; çox bilib, çox hörmət qazanırsan.

Di gəl ki, insan biliyinin bu qədər test edilməsi və testdən alınan pozitiv sonluqlar gələcəyinə zəhmət qoyub, gözünün nurunu verənləri  ağ günlərə sarı çətinliklə aparıb çıxarır.  

Hər bir sahəni nə qədər qanun müstəvisində göstərirsən-göstər , konkret dövlət işində çalışmaq məsələsinin pərdəarxasında kifayət qədər əyriliklər dayanır.   

Elə çıxmasın ki, TQDK-ya birləşənə qədər adı Dövlət Qulluğu Komissiyası olan bu strukturun şəffaflığından, onun tele-ulduz olmağı sevməyən, populyarlıq səbəbləri daşımayan  rəhbəri Bəhram Xəlilovun düz işləməsindən hər hansı şübhə və əsaslı tənqidi faktlar var.

Keçmiş TQDK  nə qədər kasıb zümrəyə  xidmət edirsə, adıçəkilən komissiya da başında biliyi olan hər kəsin -fərq etməz, o, sanballı təbəqənin, yoxsa,  adi insan çevrəsinin mənsubudur-həmişə yanında olub və onun dövlət pilləsində vakant yeri tutmasını ikiəlli dəstəkləyib. 


Amma Bəhram Xəlilov illərdir, son struktur birləşməsindən sonra müavini olduğu Məleykə Abbaszadə qədər şanslı və ictimai rəy qarşısında hörmətli, nüfuzlu maarifçi personaya, üstəlik dövlətçilik adamına  çevrilə bilmir.  Şəffaf test sistemi ilə böyük sayda evlərə sevinci simvolizə edən tələbə biletləri, diplomlar gedib çıxsa da,  eyni imtahan qaydasına rəğmən,  ailələr əmək kitabçasının, əmək haqqı kartının məmnunluğunu yaşaya bilmir.  Məleykə Abbaszadənin adı keçən evlər həddən ziyadə,  Bəhram Xəlilovun ismini bilməyən ziyalı ailələr  kifayət çoxdur.  

Nə üçün? Çünki dövlət işinə qəbulda məlum şəxsin fəaliyyət dairəsi dövlət postları ilə əlaqəlidir  və bu postların başında dayanan fiqurlar o qədər güclü,  ədalətsizliklərə, qanunsuzluqlara o qədər öyrəncəlidirlər ki,  Bəhram Xəlilovun  görmək istədiyi pozitiv işlər  üzə çıxmır, heç kəsə çörək  verə bilmir.  Onun ismi də , statusu da “çörək oğrusu”, başqasının haqqını qəsb edən məmurlarla mübarizəyə  yetmir.  

Dövlət işlərini bölüşdürmək ixtiyarını qeyri-qanuni əllərinə alan yüksək vəzifə sahibləri   faktiki onun fəaliyyətini, onun rəhbərlik etdiyi sahəni formal bir struktur halına salıblar. Birləşməzdən öncə də, birləşəndən sonra da.  

Hər il vakant yerlərə keçirilən imtahanlarda birinci pilləni yetərli sayda iştirakçı adlayır.  Bu etapda heç bir həyacan yaşamayanların ən böyük fobiyası ikinci mərhələdə-imtahanın müsahibə hissəsində başlayır. Çünki ədalətin bu hissədə itməsi, tar-mar olması hamıya məlum həqiqətdir.  Ümidin ətəyindən tutub, möcüzə gözləntisiylə müsahibə mərhələsinə addım atmaq hər dəfəsində  boşa çıxır. 

Test hissədə ədalətə xəyanət olmasa da,  müsahibə  hissəsi məhz qeyri-şəffaflıq üçündür-dolaşdırılma, əngəllənmə, “hər yoldan ötən”in dövlət işinə sarı gələ bilməməsi  burada  öz hökmünü verir.  Dövlət Qulluğu Komissiyasının rolu olmadan. Vakant yerlər nazirlərin, komitə sədrlərinin dost-tanış,  tapşırıq, rüşvət məqamları üçün daim beləcə boş  saxlamağa çalışdığı yerlərə çevrilir.

Dövlət Qulluğu Komissiyası təzə yarananda problem ondan ibarət idi ki,   dövlət strukturları boş yerləri imtahan prosesinə təqdim etmir, hər vəchlə müvafiq orqandan gizlətməyə çalışırdı.  Açıq irad və tənqidlərdən sonra siyahı komissiyaya verilsə də, şəfaflıq deyilən bir düzən formalaşmadı.  Növbəti biclik müsahibə mərhələsində işə düşdü, hər il imtahandan keçən  dövlət qulluğu həvəskarları bu sahədə peşəkarlıq xəyallarını böyük adamların ədalətsizliyinin, min cür oyunların, fırıldağın  qoynunda dəfn etməli oldu. 

Əgər  ekspriment üçün nazirlik və komitələrdən hər il imtahanlardan keçib vakant yerləri tutanların siyahısını istəsək, heç bir instansiya onun qanuni davranışlarını isbatlayan misallar bolluğunu ortaya qoya bilməz.  Əks təqdirdə ötən həftə Bəhram Xəlilov dövlət məmurlarının müsahibə mərhələsini  sobataj  etməsini cəsarətlə ifadə etmək məcburiyyətində qalmazdı.
 

Vəziyyətin anormallığı  ortadadır-bu cür şərəfli bir qurum yüksək post sahiblərinin ucbatından etibarsız bir nüfuz qazanır. Bu utanc mənzərəyə yeni yanaşma  tələbi diktə olunur.    

Bir qurumu saxtakar imicdə daha nə qədər saxlamaq olar ki?  Ya dövlət işinə qəbul tələbə qəbulu kimi tam şəffaf bir prosesdən keçməli, yəni,  müsahibə mərhələsi tamamilə  Dövlət Qulluğu Komissiyasının ixtiyarına  verilməli, ya da formallıq naminə biçarə gəncliyi aldadıb imtahan zallarına dönə-dönə gətirmək, onları məqsədyönlü dolaşıq suallarda imtahana çəkməkdənsə,  işə qəbul komissiyasını  tarixin arxivinə sarı ötürmək gərəkdir.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51