15 Avqust 2016, 14:13 | Ana Səhifə - Yazılar - Bəhram Xəlilov Məleykə Abbaszadə qədər niyə hörmətli ola bilmir?
Bəhram Xəlilov Məleykə Abbaszadə qədər niyə hörmətli ola bilmir?

Vəfa Allahverdiyeva

 

Müasir, pilləkənvari təhsil sistemi insandan ölənə qədər  oxumaq tələb edir-əvvəlcə bakalavr, sonra magistiratura, ardınca doktorantura, nəhayət, əlavə  iki mərhələli imtahan prosesi:  bu da dövlət qulluğuna  qəbul üçün. 

Əslində qəbir evinə qədər oxumaqda pis  nə ola bilər ki: daim öyrənir, daim təkmilləşirsən; çox bilib, çox hörmət qazanırsan.

Di gəl ki, insan biliyinin bu qədər test edilməsi və testdən alınan pozitiv sonluqlar gələcəyinə zəhmət qoyub, gözünün nurunu verənləri  ağ günlərə sarı çətinliklə aparıb çıxarır.  

Hər bir sahəni nə qədər qanun müstəvisində göstərirsən-göstər , konkret dövlət işində çalışmaq məsələsinin pərdəarxasında kifayət qədər əyriliklər dayanır.   

Elə çıxmasın ki, TQDK-ya birləşənə qədər adı Dövlət Qulluğu Komissiyası olan bu strukturun şəffaflığından, onun tele-ulduz olmağı sevməyən, populyarlıq səbəbləri daşımayan  rəhbəri Bəhram Xəlilovun düz işləməsindən hər hansı şübhə və əsaslı tənqidi faktlar var.

Keçmiş TQDK  nə qədər kasıb zümrəyə  xidmət edirsə, adıçəkilən komissiya da başında biliyi olan hər kəsin -fərq etməz, o, sanballı təbəqənin, yoxsa,  adi insan çevrəsinin mənsubudur-həmişə yanında olub və onun dövlət pilləsində vakant yeri tutmasını ikiəlli dəstəkləyib. 


Amma Bəhram Xəlilov illərdir, son struktur birləşməsindən sonra müavini olduğu Məleykə Abbaszadə qədər şanslı və ictimai rəy qarşısında hörmətli, nüfuzlu maarifçi personaya, üstəlik dövlətçilik adamına  çevrilə bilmir.  Şəffaf test sistemi ilə böyük sayda evlərə sevinci simvolizə edən tələbə biletləri, diplomlar gedib çıxsa da,  eyni imtahan qaydasına rəğmən,  ailələr əmək kitabçasının, əmək haqqı kartının məmnunluğunu yaşaya bilmir.  Məleykə Abbaszadənin adı keçən evlər həddən ziyadə,  Bəhram Xəlilovun ismini bilməyən ziyalı ailələr  kifayət çoxdur.  

Nə üçün? Çünki dövlət işinə qəbulda məlum şəxsin fəaliyyət dairəsi dövlət postları ilə əlaqəlidir  və bu postların başında dayanan fiqurlar o qədər güclü,  ədalətsizliklərə, qanunsuzluqlara o qədər öyrəncəlidirlər ki,  Bəhram Xəlilovun  görmək istədiyi pozitiv işlər  üzə çıxmır, heç kəsə çörək  verə bilmir.  Onun ismi də , statusu da “çörək oğrusu”, başqasının haqqını qəsb edən məmurlarla mübarizəyə  yetmir.  

Dövlət işlərini bölüşdürmək ixtiyarını qeyri-qanuni əllərinə alan yüksək vəzifə sahibləri   faktiki onun fəaliyyətini, onun rəhbərlik etdiyi sahəni formal bir struktur halına salıblar. Birləşməzdən öncə də, birləşəndən sonra da.  

Hər il vakant yerlərə keçirilən imtahanlarda birinci pilləni yetərli sayda iştirakçı adlayır.  Bu etapda heç bir həyacan yaşamayanların ən böyük fobiyası ikinci mərhələdə-imtahanın müsahibə hissəsində başlayır. Çünki ədalətin bu hissədə itməsi, tar-mar olması hamıya məlum həqiqətdir.  Ümidin ətəyindən tutub, möcüzə gözləntisiylə müsahibə mərhələsinə addım atmaq hər dəfəsində  boşa çıxır. 

Test hissədə ədalətə xəyanət olmasa da,  müsahibə  hissəsi məhz qeyri-şəffaflıq üçündür-dolaşdırılma, əngəllənmə, “hər yoldan ötən”in dövlət işinə sarı gələ bilməməsi  burada  öz hökmünü verir.  Dövlət Qulluğu Komissiyasının rolu olmadan. Vakant yerlər nazirlərin, komitə sədrlərinin dost-tanış,  tapşırıq, rüşvət məqamları üçün daim beləcə boş  saxlamağa çalışdığı yerlərə çevrilir.

Dövlət Qulluğu Komissiyası təzə yarananda problem ondan ibarət idi ki,   dövlət strukturları boş yerləri imtahan prosesinə təqdim etmir, hər vəchlə müvafiq orqandan gizlətməyə çalışırdı.  Açıq irad və tənqidlərdən sonra siyahı komissiyaya verilsə də, şəfaflıq deyilən bir düzən formalaşmadı.  Növbəti biclik müsahibə mərhələsində işə düşdü, hər il imtahandan keçən  dövlət qulluğu həvəskarları bu sahədə peşəkarlıq xəyallarını böyük adamların ədalətsizliyinin, min cür oyunların, fırıldağın  qoynunda dəfn etməli oldu. 

Əgər  ekspriment üçün nazirlik və komitələrdən hər il imtahanlardan keçib vakant yerləri tutanların siyahısını istəsək, heç bir instansiya onun qanuni davranışlarını isbatlayan misallar bolluğunu ortaya qoya bilməz.  Əks təqdirdə ötən həftə Bəhram Xəlilov dövlət məmurlarının müsahibə mərhələsini  sobataj  etməsini cəsarətlə ifadə etmək məcburiyyətində qalmazdı.
 

Vəziyyətin anormallığı  ortadadır-bu cür şərəfli bir qurum yüksək post sahiblərinin ucbatından etibarsız bir nüfuz qazanır. Bu utanc mənzərəyə yeni yanaşma  tələbi diktə olunur.    

Bir qurumu saxtakar imicdə daha nə qədər saxlamaq olar ki?  Ya dövlət işinə qəbul tələbə qəbulu kimi tam şəffaf bir prosesdən keçməli, yəni,  müsahibə mərhələsi tamamilə  Dövlət Qulluğu Komissiyasının ixtiyarına  verilməli, ya da formallıq naminə biçarə gəncliyi aldadıb imtahan zallarına dönə-dönə gətirmək, onları məqsədyönlü dolaşıq suallarda imtahana çəkməkdənsə,  işə qəbul komissiyasını  tarixin arxivinə sarı ötürmək gərəkdir.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
İntibahımızın banisi 10 May 2021, 12:07 Kamran Əliyev baş həkimlərin həbsinə MÜNASİBƏT BİLDİRDİ 10 May 2021, 12:01 Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO 10 May 2021, 11:55 Sabahın hava PROQNOZU 10 May 2021, 11:50 Baş Prokuror “Tərtər işi”ndən DANIŞDI 10 May 2021, 11:45 Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verildi 10 May 2021, 11:40 Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı oldu 10 May 2021, 11:33 “Azərxalça”nın Naxçıvan filialının açılışı oldu 10 May 2021, 11:27 Prezident “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu 10 May 2021, 11:20 İlham Əliyev Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib 10 May 2021, 11:14 Prezident hərbi aerodromun AÇILIŞINDA 10 May 2021, 11:07 Coğrafiya elminə ağır itki: əbədiyyətə qovuşan Hüseyn müəllim 10 May 2021, 11:04 Xalidə Bayramova Modern.az-a danışdı: “Allah ən böyük şahidimdir” 10 May 2021, 11:01 Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur -  SABİQ DEPUTATLA MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44