İran Prezidenti Məsud Pezeşkian İsveçrə Prezidenti Gi Parmelə “Amerikanın İran xalqına yardımı” adlı kitab hədiyyə edib.
Modern.az xəbər verir ki, kitabda ABŞ-nin İranda həyata keçirdiyi hava hücumları nəticəsində zərər gördüyü bildirilən mülki obyektlərin fotoları yer alıb.
Kitabın adı ironik məna daşıyır və İran tərəfinin ABŞ-nin hərbi əməliyyatlarının nəticələrinə dair mövqeyini əks etdirir.
Qeyd edək ki, Gi Parmel 2026-cı ildə İsveçrə Konfederasiyasının prezidentidir. O, hazırda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda səfərdədir.
Pezeşkian da BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkdadır.