Modern.az

Vuçiç: NATO-nun Yuqoslaviyanı bombalaması uydurma idi

Vuçiç: NATO-nun Yuqoslaviyanı bombalaması uydurma idi

Dünya

Bu gün, 08:36

Serbiya prezidenti Aleksandar Vuçiç 1999-cu ildə NATO alaylarının Yuqoslaviya İttifaq Respublikasına hərbi müdaxiləsinin pərdəarxası məqamlarına toxunub. Dvlət başçısı Şimali Atlantika Alyansının həmin dövrdə irəli sürdüyü rəsmi səbəblərin heç bir real əsasının olmadığını bəyan edib.

Modern.az xəbər verir ki, Vuçiç NATO-nun bombardmanlar üçün əsas gətirdiyi bəhanənin uydurma olduğunu vurğulayıb.

Siyasətçinin sözlərinə görə, 19 Alyans ölkəsinin suveren dövlətə hücum etmək üçün irəli sürdüyü yeganə formal səbəb "potensial humanitar fəlakətin qarşısını almaq" iddiası olub:

"Siz bilirsinizmi ki, 19 NATO ölkəsinin Serbiya və Yuqoslaviyaya hücum etməsinin yeganə rəsmi və formal səbəbi nə idi? İnanmayacaqsınız, amma bizə suveren və azad bir ölkəyə sırf potensial humanitar fəlakətin qarşısını almaq üçün hücum edildiyini bildirdilər. Lakin real olaraq heç bir humanitar fəlakət baş verməmişdi və mən indiyədək dünyada buna bənzər bir pretsedent görməmişəm".

Serbiya lideri həmçinin əlavə edib ki, həmin dövrdə ölkəsinin heç bir hərbi və ya polis qüvvəsi başqa dövlətin sərhədlərini keçmədiyi halda, Serbiyanın bombalanması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, 1999-cu ildə NATO-nun BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan keçirdiyi "Müttəfiq Qüvvələr" (Allied Force) əməliyyatı nəticəsində Yuqoslaviya ciddi infrastruktura və mülki itkilərə məruz qalmışdı. Belqrad həmin hərbi müdaxiləni suverenliyin pozulması və təcavüz aktı kimi qiymətləndirməkdə davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq