Modern.az

Tramp Si Cinpini şəxsən qarşıladı - FOTO

Tramp Si Cinpini şəxsən qarşıladı - FOTO

Dünya

Bu gün, 08:52

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpini Vaşinqtona səfəri çərçivəsində həyat yoldaşı Melaniya Trampla birlikdə şəxsən qarşılayıb.

Modern.az xəbər verir ki, Çin liderinin təyyarəsi ABŞ-ın Merilend ştatındakı Endryus aviabazasına enib.

ABŞ telekanalları Si Cinpinin təyyarədən enməsini və Donald Trampın onu trapın qarşısında qarşılamasını əks etdirən görüntüləri yayımlayıb. Tramp çinli həmkarı ilə qısa söhbət də edib.

Daha əvvəl ABŞ mediası qeyd edib ki, Amerika prezidentləri xarici ölkələrdən gələn dövlət başçılarını hava limanında şəxsən çox nadir hallarda qarşılayırlar.

Bildirilir ki, Trampın Si Cinpini şəxsən qarşılaması Çin liderinə maksimum hörmət nümayiş etdirmək niyyəti ilə əlaqələndirilir.

İki lider arasında danışıqların yerli vaxtla cümə axşamı səhər Vaşinqtonda başlaması gözlənilir.

Si Cinpinin ABŞ-a səfəri cümə günü başa çatacaq.

Sizə yeni x var
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq