2 Dekabr 2020, 10:34 | Ana Səhifə - Yazılar - Qarabağ müharibəsi... revanş olmayacaq
Qarabağ müharibəsi... revanş olmayacaq

Qəzənfər Həmidoğlu

30 illik savaşın sonu: ermənidə nə şans qaldı, nə resurs...


"Hər hansı müharibə ilk 30 günü ərzində populyar olur". Amerikanın görkəmli tarixçi-intellektualı Artur Meyer Şlezinger belə hesab edirdi.


Müharibə fəlsəfi və siyasi aspektləri ilə əcaib fenomendir. Salvador Dalinin "Hərbin üzü" (isp. La Cara de la Guerra) adlı məşhur rəsmi var. Dəhşətin tablosudur: ölü kəlləsi, kəllənin göz və ağız boşluqlarında kəllələr, onlarında içində də kəllələr...


Artur Nevill Çemberlen insan faktoru baxımdan hesab edirdi ki, "müharibədə qaliblər yox, yalnız məğlublar olur". Maraqlıdır ki, İkinci Dünya müharibəsi Çemberlen Böyük Britaniyanın baş naziri (1937-1940) olarkən başlamışdı, tarixin ən qanlı hərbinə aparan yolun Hitler və Stalinlə yanaşı, London da iştirakçısı idi...


Səngərin, cəbhənin hansı tərəfində - udan, yoxsa uduzan tərəfdə olmaq təbii ki, önəmlidir, daha vacib və güclü şərt isə qan-can itkisində ruhən ölməməkdir. Ruhun qırıldısa, savaş bitdi.


Corc Oruellin qəribə tezisi var: "Müharibəni daha tez bitirməyin yolu - onu uduzmaqdır"...


30 il əvvəl hərbi biz başlatmadıq, 26 il sülhə ümid bağladıq. Amma milli düşüncədə müharibəni bitirmədik. Biz ədalət naminə savaş apardıq, tökülən qanın məsuliyyəti birbaşa Ermənistanın, havadarlarının, beynəlxalq vasitəçilərin üzərindədir.


Şlezingerin tezisinə rəğmən, İkinci Qarabağ müharibəsi 44 günə populyarlığını tükətmədi. Azərbaycan insanı və əsgəri dünyaya əzmini-gücünü göstərdi.


2020-ci il müharibəsi və 44 günlük hərb ilk gündən ümummilli anlam daşıdi: Vətənin bir parçasını xilas etməli, milli-mənəvi dəyərimizi - qürurumuzu dirçətməli idik.


Bu fonda İkinci Qarabağ savaşı Vətən müharibəsinə çevrildi. Belə yüksək statusu xalq verir, siyasətə-ideologiyaya ehtiyac hiss etmədən...


Müharibə nəticəsi baxımından elədir ki, ya sən (cəmiyyət) ondan keçirsən, ya da o, səndən keçir. 1991-1993-cü illərdə müharibə bizdən keçdi, çox şeyimizi aldı-apardı, viran qoydu.


2020-ci ilin payızında bu dəfə biz müharibədən keçdik, itirdiklərimizi qaytardıq, düşməni viran etdik...


Amma Birinci Qarabağ müharibəsinin fəlakətində ruhumuz ölmədi, inamımız qırılmadı. Dedik ki, "döyüşü uduzduq, müharibəni mütləq udarıq".


Və udduq, 30 illik savaşı bitirdik. Bəzi detallar qaldı, amma onlar artıq siyasətin problemidir, gec-tez Xankəndi, Xocalı və s. məsələlər yerbəyer olacaq, rus faktoruna da çarə tapılacaq.


Ermənini tanıyırıq, revanşa cəhd və ümidləri davam edəcək. Amma Azərbaycan XX əsrin 20-ci və 90-cı illərdəki Azərbaycan deyil, tarixdən dərslərini alıb, revanşa imkan verməməlidir. Geosiyasi güclərin maşa kimi istifadə etdikləri İrəvanın indilik revanş üçün resursları yoxdur.


Regiondakı geosiyasi tendensiyalar ondan xəbər verir ki, Rusiya Cənubi Qafqazdan sıxışdırılsa, Ermənistan qonşularından asılı dövlətə çevriləcək.


Ermənistan prezidentinin keçmiş baş müşaviri Jirayr Liparityan öz xalqının taleyinə, şansına belə diaqnoz qoyur: "Nə deyilməsindən asılı olmayaraq, biz tarixən məğlub olmağa öyrəşmişik və qələbələrə həsrətik".


Təbii ki, erməni yenə peşmandır: "Hətta Birinci Qarabağ müharibəsindəki qələbəmizi də məğlubiyyətə çevirə bildik. Biz arzularımız, mümkünsüz olan istəklərin ardınca getdik və əldə saxlaya biləcəyimiz şeyləri də itirdik”.


Ermənilərin bu ruh halı ilə nəinki yaxın, ortamüddətli perspektiv üçün də revanş şansı sıfıra yaxın görünür. Amma tale bizə elə "xortlanan və 
xortladılan" qonşu bəxş edib ki, başımızın çarəsi üçün uzaq perspektivi də proqnozlaşdırmalı, plan-proqram hazırlamalıylq.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?