23 Dekabr 2020, 22:26 | Ana Səhifə - Yazılar - Ən böyük ad: Azərbaycanın ərazi bütövlüyünü təmin edən dövlət adamı
Ən böyük ad: Azərbaycanın ərazi bütövlüyünü təmin edən dövlət adamı

Elman Babayev

Kimliyindən asılı olmayaraq hər bir insanın doğum günü həm də hesabat günüdür. Arxada qoyduğun bütün illərin hesabatını verirsən sanki...

Alnına ölkənin birinci şəxsi olmaq yazılıbsa yaşadığın ömrün hər günü dar bir çərçivəyə deyil, bütün millətə verilən hesabata çevrilir. Qismətinə 42 yaşında olduqca mürəkkəb bir regionda yerləşən Azərbaycana rəhbərlik etmək düşən Prezident İlham Əliyev həm arxada qalan 17 il ərzində, həm də ondan əvvəl məhz belə bir ömür yaşayıb. İlham Əliyevin həyatı heç vaxt sərbəst, diqqətdən kənarda olmayıb. Ümummilli lider Heydər Əliyev kimi tarixi bir şəxsiyyətin tək oğul övladı olan İlham Əliyevin bütün addımları həmişə cəmiyyətin diqqət mərkəzində olub. Ömür boyu Heydər Əliyevin öncə övladı, sonra siyasi varisi kimi Onun adını doğrultmaq kimi çətin vəzifə həyatının bütün pillələrində İlham Əliyevi izləyib. Ömrünün Prezident olana qədərki dövrü daha çox atasının çətin günlərində yanında olmaq, ona dəstək verməkdən ibarət idi.

Heydər Əliyevin 1980-ci illərin sonu, 90-cı illərin əvvəli çətin günlərində İlham Əliyevin daim yanında olması, övladlıq borcunu layiqincə yerinə yetirməsi hamıya məlumdur. Prezident olduqdan sonra isə İlham Əliyevin həyatında Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri tamamlamaq kimi daha məsuliyyətli, daha çox əmək tələb edən dövr başladı. Bu gün tam əminlikə vurğulamaq mümkündür ki, İlham Əliyev bu missiyanın öhdəsindən layiqincə gələ bildi və O, növbəti doğum gününə Qarabağı işğaldan azad edən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən dövlət adamı kimi qədəm qoyur. Şuşanın işğaldan azad olunduğu gün özünün də bəyan etdiyi kimi, atasının vəsiyyətini yerinə yetirməsi kimi şərəfli missiyanı başa çatdıra bilib.

İlham Əliyevin prezidentlik dönəminin əbədi olaraq yaddaşlarda möhkəmlənən ən mühüm hadisəsi Qarabağı işğaldan xilas etməsidir. O, adını Azərbaycan tarixinə Qarabağı işğaldan azad edən lider, sərkərdə kimi yazdırıb. Və hər bir tarixi şəxsiyyət üçün öz xalqının qəhrəmanlıq səlnaməsini yaratmaqdan, Vətən Müharibəsinin əsl qəhrəmanına çevrilməkdən, vətəndaşlarının qəlbində “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxs kimi əbədi yer almaqdan yüksək məqam ola bilməz.

Amma Qarabağın azad olunması hadisəsi İlham Əliyevin 2003-cü ildən sonra dövlət başçısı kimi millət qarşısında digər xidmətlərini heç də tam kölgədə qoymur. Onun prezidentlik fəaliyyətinin hər ili kifayət qədər tarixi hadisələrlə, eyni zamanda güclü Azərbaycanın meydana çıxmasına şərait yaradan düşünülmüş islahatlarla zəngindir. Məhz illərin zəhməti bu gün Qarabağı işğaldan azad etmək qüdrətinə malik Azərbaycanı doğurub.

44 günlük Vətən müharibəsi zamanı İlham Əliyev xalqa davamlı müraciətləri, xarici televiziyalara müsahibələri zamanı cəmiyyət tərəfindən yenidən kəşf olundu desək, yanılmarıq. Hər bir şəxs İlham Əliyevin öz xalqını necə ürəkdən sevməsinin, onun xoşbəxt gələcəyini düşünməsinin, Vətən uğrunda hər iki cəbhədə əzmkar, qətiyyətli mübarizəsinin şahidi oldu. Tam mübaliğəsiz Prezidentin Qarabağdan danışanda necə kövrəldiyini, öz vətəndaşı ilə elə onun öz dilində danışmasını, Vətəninə göz dikən düşmənlərə nifrətini, onlara qarşı barışmaz mövqeyini gördü.

44 günlük Vətən müharibəsinin Zəfərlə bitən nəticələri bir günün işi deyildi. Düşmənin təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başlamaq əmri verən Ali Baş Komandan ilk gündən prosesin Qələbə ilə bitəcəyinə əminlik nümayiş etdirirdi. Bu əminliyin kökündə Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu müasir Azərbaycanın, Onun siyasi varisi tərəfindən daha güclü dövlətə çevrilməsi dayanırdı. Heydər Əliyev kimi tarixi şəxsiyyətdən sonra İlham Əliyev Azərbaycanın inkişafını bir an olsun axsatmadı. İlham Əliyev 17 illik prezidentlik dövründə dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərə imza ataraq, Azərbaycanı beynəlxalq aləmdə güclü mövqeyə malik, nüfuzu daha da möhkəmlənən dövlətə çevirdi.

Bu dövrdə Azərbaycan çeşidli təzyiqlərə, siyasi çəkişmələrə məruz qaldı. Ermənilər və onların lobbisinin idarə etdiyi dairələr, bir az kobud ifadə etsək həmin lobbinin barmağına doladığı bəzi dövlətlər, qurumlar yaxşı anlayırdı ki, İlham Əliyev güclü Azərbaycan qurduqdan sonra ölkəsinin ərazi bütövlüyü məsələsində güzəştsiz mövqeyini parlaq şəkildə nümayiş etdirəcək. Ona görə də bu çevrənin bütün gücü Azərbaycanı zəiflətməyə, onun siyasi rəhbərliyinin nüfuzunu ləkələməyə, ölkənin imicinin korlanmasına sərf olunurdu. Fəqət, İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, dövləti daha güclü şəkildə gələcəyə daşıdı, ölkəsini inkişaf etdirdi. Müstəqil siyasət apararaq, xalqın maraqlarının müdafiəsi xəttindən heç zaman sapmadı.

2003-cü ildə prezidentlik kürsüsünə əyləşən zaman idarəetmədə boşluqların yaranacağı, Azərbaycanın yenidən siyasi çəkişmələrlə üzləşəcəyi, inkişafın axsayacağı proqnozlarını alt-üst edən İlham Əliyev təkcə əsl siyasi varis olduğunu sübut etmədi, ölkəni daha da inkişaf etdirdi, onun nüfuzunu artırdı, sabitliyi möhkəmləndirdi. Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi, mühüm qurumlara sədrlik etməsi arzudan reallığa çevrildi.

Beynəlxalq nüfuzu artan Azərbaycanı Prezident İlham Əliyev investisiya yatırılan ölkədən, investisiya qoyan, çeşidli xarici məhsullar idxal olunan ölkədən, müxtəlif növlü mal ixracatçısına çevirdi. Azərbaycan qısa müddətdə qlobal iqtisadi proyektlərin başlıca səhmdarı statusuna çatdı.

Nə işsizliyin, nə yoxsulluğun artmasına, nə də inflyasiyanın yüksəlməsinə imkan verildi. İlham Əliyev neft gəlirlərinin azalması fonunda Azərbaycanın ciddi çətinliklərlə üzləşəcəyi proqnozlarını da alt-üst etdi. Sübuta yetirdi ki, neft amili olmadan da özünün düzgün iqtisadi siyasəti hesabına əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, onun problemlərini həll etmək gücündədir. İqtisadi və sosial islahatların yeni mərhələsinə start verərək, əldə olunan vəsaitləri vətəndaşların rifah halının yaxşılaşmasına yönəltdi.

Həyata keçirdiyi böyük işlər, xüsusilə Qarabağın işğaldan azad olunmasından sonra İlham Əliyevin nüfuzu daha da artıb və hazırda bunun fonunda onun siyasi rəqibləri daha da gücsüzləşib, varlıqları getdikcə hiss olunmur. Prezident İlham Əliyevin özünün də bəyan etdiyi kimi, hakimiyyətinin həyata keçirdiyi siyasətə ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir! Xalqın bu cür güclü dəstəyini qazanmaq hər siyasi liderə nəsib olmur. Reallıq odur ki, əsas amalı quruculuq, rifah, abadlıq, inkişaf olan İlham Əliyevin alternativsizliyi sübuta ehtiyacı olmayan aksiomadır. Bütün gördüyü işlərlə bərabər İlham Əliyevin adı tarixdə Qarabağı azadlığına qovuşduran sərkərdə kimi əbədi yer alıb...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan ləğv olunan qadağaları açıqladı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36