Modern.az

11 sentyabr

Aktual

Bu gün, 14:08

Düz 25 il əvvəl bu gün Ankaradakı Üsküp Caddəsindəki kirayədə qaldığım evdə – "home office"-də BBC üçün material hazırlayırdım.

Televizor açıqdı.

Birdən bütün türk kanalları yayınlarını kəsib Nyu Yorka bağlandılar.

Bizdə saat 15:46, Nyu Yorkda 08:46 idi.

“American Airlines” hava yollarına aid bir sərnişin təyyarısi Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı…

Londona zəng vurdum.

Əvvəl Famil (İsmailov), sonra Zülfüqar (Rüfətoğlu) və Elshan (Əliyev) axtardım.

Heç biri cavab vermədi.

Bir qədər sonra ikinci təyyarə Cənub qülləsinə çarpıldı.

Arxasınca isə Vaşinqtondada Pentaqon binasına hücum baş verdi.

Bütün dünya şok vəziyyətində idi.

Kanallar Manhettendəki Fulton Street ilə Greenwich Street-in kəsişməsindəki bölgədən reportajları izləyirdi. Yer üzündəki bütün insanlar qalın toz qatı altında qalmış bu küçələrdəki təsvirlərə heyrət içində baxırdılar.

AzTV-nin Türkiyə Təmsilçisi idim.

Dedim, görüm bizimkilər necə verir bu hadisəni.

Axşam AzTV-ni açdım.

Xəbərlər iyirmi dəqiqə idi başlamışdı.

Ekranda üzü tüklü bir kişi bordürləri boyayırdı.

Reportyor “Salyanda abadlıq işləri davam edib” sözləri ilə reportajını bitirdi.

Ardınca Nyu Yorkdakı faciə ilə bağlı qısa bir xəbər verdilər.


Heç unutmuram – saat 20.24 idi.

Artıq hava durumuna keçildi.

Çox pis oldum.

11 sentyabr faciəsini “Xəbərlər”in sonunda vermişdilər.

Baş redaktora zəng elədim.

Cavab vermədi…

11 sentyabrda təxminən üç min insan öldürüldü.

Faciəni xatırlamaq ilk növbədə o insanların xatirəsi önündə dayanmaqdır.

Amma tarix üçün daha bir dərs qalır:

Bəzən terror aktının ən uzun kölgəsi dağıtdığı binaların deyil, ondan sonra verilən qərarların üzərinə düşür.

Çünki tarix yalnız başımıza gələnlərlə deyil, onlara verdiyimiz cavablarla yazılır…

O gündən hafizəmdə qalan təyyarənin göydələnə çarpılması,

qaçan insanlar

Salyanda davam edən abadlıq işləri oldu…

Sizə yeni x var
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?