Modern.az

Dövlət qurumunun adından 250 minlik DƏLƏDUZLUQ – Şübhəli şəxs saxlanıldı

Dövlət qurumunun adından 250 minlik DƏLƏDUZLUQ – Şübhəli şəxs saxlanıldı

Aktual

Bu gün, 14:16

Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250 000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?