Modern.az

Məktəblərdə təhsil 12 il olacaq? - Yeni təklif

Məktəblərdə təhsil 12 il olacaq? - Yeni təklif

Təhsil

Bu gün, 14:20

“Azərbaycanda hazırki təhsil sistemində 3 illik bakalavr sisteminə keçid mümkün deyil”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

"Bu gün bakalavr təhsilinin 3 illik sistemlə məhdudlaşdırılması Avropa ölkələrində tendensiya halını alıb. Azərbaycanda tam orta təhsilin müddəti 11 ildir. Amma dünyada bir çox ölkələrdə tam orta təhsilin müddəti 12 ildir. Lakin bu dəyişikliyi indiki reallıqda edə bilməyəcəyik. Mən düşünürəm ki, paralel olaraq 12 illik təhsilə keçməklə, 3 illik bakalavr sistemini tətbiq etmək olar", - deyə şöbə müdiri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?