13 Yanvar 2021, 01:06 | Ana Səhifə - Yazılar - Qarabağdakı rusiyalı sülhməramlılarla bağlı nigaranlıq
Qarabağdakı rusiyalı sülhməramlılarla bağlı nigaranlıq

Elçin Alıoğlu

İfrat nikbinliyi bihudə bədbinliyin aversi hesab edirəm və bu səbəbdən heç zaman nə nikbin olmuşam, nə də pessimist.

Qarabağda rusiyalı sülhməramlılarla bağlı nigaranlıq çoxdur. Hətta mənə dostlar yazır ki, "biz yazanda xalq düşməni olmuşduq, indi biz deyəni deyirsiniz".

Elə deyil.

Savaşın ilk günlərindən yox, hadisələrin şahidi və hətta iştirakçısı kimi yox, savaşın olacağını və qaçılmazlığını, labüdlüyünü çox əvvəl bilən kimi yazıram.

Tam məsuliyyətimlə: Qarabağ bütünlüklə Azərbaycanda olacaq.

Tam, büsbütün.

Fəqət ki, tələsmək olmaz. 28 illik yox, 228 illik bir problemi dərhal, tez, "Xankəndidə bayrağımız nə oldu?!" emosionallığı ilə çözmək olmaz.

Qarabağ problemində qarşımızda duran Ermənistan, kölgə aktoru Rusiya deyil sadəcə.
Siyasət çox qəliz nəsnə olmaqla bahəm, əksər hallarda aldadıcı gedişlər və kuluar təsirlərlə zəngindir.
Bir misal çəkim - yaxından bələd olduğum hadisədən.

Liviyanın paytaxtı Tripolidə hərbi məktəb vurulmuşdu. Axşam saatlarında onlarla kursant həlak olmuşdu.
Xəlifə Xaftar dərhal bəyan etdi ki, biz vurmamışıq.

İnanmadılar, amma o qoca "feldmarşal" yaramaz düz deyirdi.

Paradoksal olsa da, elə idi.

Çünki kursantlar Çin istehsalı olan raketlə vurulmuşdu.

Raket də Çin istehsalı olan PUA-dan buraxılmışdı.

Birləşmiş Ərəb Əmirlikləri o PUA-ları alıb Xaftarın qoşunlarına vermişdi və hərbi məktəbə hücum əmrini də Misir generalları vermişdilər.

PUA Liviyanın şimalındakı Əl Xadim aerodromundan qalxsa da, "tapşırıq" yerinə yetiriləndən sonra Misirdəki Sidi Baran aerodromunda yerə enmişdi.

Qarabağ məsələsini də qəlizləşdirmək, mümkünsüz etmək istəyən ölkələr, güclər var.
Bunu unutmayaq.

Rusiyalı sülhməramlılara inama, etibara əsla ehtiyac yox. Tam əksinə, onlar daim nəzarətimizdə olmalıdır, daim müşahidə altında qalmalıdır.

Rusiyanın məqsədinin Qarabağda hərbi baza yaratmaq olduğu bəlli və buna da imkan verilməyəcək. "Kollektiv Qərb" dediyimiz geosiyasi konqlomeratla bahəm, Türkiyə, Çin və İran da Moskvanın bəhs etdiyim arzusunun reallaşmasına imkan verməyəcəklər.

Nəqliyyat və kommunikasiyalar məsələsinə gəldikdə isə bu, Ermənistanın yeni məğlubiyyətidir.
Çünki daha 16 kənd delimitasiya və demarkasiya prosesində tam, yaxud qismən işğal edilmiş ərazi sayılacaq.
O kəndlərdə bayrağımız səma ilə qucaqlaşacaq.

Doğma səmamızla.

... Gəncdim, komandirimə inanırdım və indi anlayıram ki, ona inamda əsla səhv etməmişəm: çünki Vətən ona inandı və torpağına da qəbul etdi.

Komandirim deyərdi: "Əsgərin ən böyük silahı inamıdır. İnamın düşmən əlinə keçməsinə imkan verməyin, bax, onda məğlub olacaqsınız".

Təxminən 30 il keçib.

Nə qədər haqlı imiş o mərd, şərəfli insan.

Özümüzə, Vətənimizə, keçmişimizə və gələcəyimizə inanaq.

Kimsə bizi məğlub edə bilməz belədə.

Vətən yaxşıdır... 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Lənkəranın məşhur restoranlarında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:49 Polisin işi artıb: toy mərasimləri ara vermir 12 Aprel 2021, 09:44 Neft yenidən bahalaşdı 12 Aprel 2021, 09:40 Ronaldo bu dəfə formasını yerə atdı 12 Aprel 2021, 09:34 “Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim” - Fəzail İbrahimli 12 Aprel 2021, 09:28 Qarabağ məsələsi Gürcüstan parlamentində 12 Aprel 2021, 09:24 “Şuşa” restoranında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:21 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 12 Aprel 2021, 09:18 Bakıda istirahət mərkəzində YANĞIN 12 Aprel 2021, 09:13 Beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqlədi: “Mənfi” 12 Aprel 2021, 09:10 Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı... 12 Aprel 2021, 09:06 Azərbaycanın ən uzun asma körpüsü tikilir - FOTO 12 Aprel 2021, 09:00 Bakıda avtomobilə silahla atəş açılıb - FOTOLAR 12 Aprel 2021, 08:37 Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ÖTDÜ 12 Aprel 2021, 08:30 Balakəndə gecə nişan mərasimi keçirənləri polis YAXALADI 12 Aprel 2021, 08:25 Bakıda azyaşlı bağlı qapı arxasında qalıb 12 Aprel 2021, 08:20 Samuxda toya gələn 14 nəfər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 08:15 Artıq çəki insanı bu təhlükədən QORUYUR 12 Aprel 2021, 08:07 Dünyanın koronavirus statistikası 12 Aprel 2021, 00:57 “2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq” - Tramp 12 Aprel 2021, 00:40 Hökumət başçısı 14 nazirlə Türkiyəyə gedir 12 Aprel 2021, 00:23 Əməkdar artist qardaşını və bacısını koronavirusdan itirdi 12 Aprel 2021, 00:07 Bakıda gənc oğlanı maşın vurdu 11 Aprel 2021, 23:55 Ruslar Ordumuzun altı karvanını MÜŞAYİƏT ETDİ 11 Aprel 2021, 23:41 Qırğızıstanda referendum baş tutdu - deputatların sayı azaldılır 11 Aprel 2021, 23:29 Türkiyədə koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 23:15 Azad Mirzəcanzadənin TƏVAZÖKARLIĞI 11 Aprel 2021, 23:02 Mingəçevir və Qazaxda bıçaqlanma 11 Aprel 2021, 22:59 General Muradov Qarabağda nə ilə məşğuldur? 11 Aprel 2021, 22:53 Yol qəzasında gənc qadının boynu sındı 11 Aprel 2021, 22:44 Komitə sədri "Ana harayı" abidəsinin müəllifi ilə görüşdü - FOTO 11 Aprel 2021, 22:35 Türkiyədə zəlzələ oldu 11 Aprel 2021, 22:22 "Mançester Yunayted" səfərdə "Tottenhem"ə qalib gəldi 11 Aprel 2021, 22:13 Ağstafada iki maşın toqquşdu - FOTO 11 Aprel 2021, 21:59 Kuman “El-Klassiko”dakı məğlubiyyətə görə hakimləri ittiham etdi  11 Aprel 2021, 21:46