11 İyun 2021, 09:34 | Ana Səhifə - Yazılar - Dədə Qorqud və keçmişimiz…
Dədə Qorqud və keçmişimiz…

Vasif İsmayıl

Çoxunuz “Dədə Qorqud dastanı”nı filmdən bilirsiniz. Amma mən originalını və çağdaş dilimizə düzəlişini dəfələrlə oxumuşam. “Dedi” yerinə “Aydır” yazmaqdan başqa elə də fərq yoxdur. Dilimiz əsrlərə dirənir və dayanır.

Axır vaxtlar Skandinaviya dastanlarına, uşaqlığıma dönmüşəm. Hekayələr, süjetlər eynidir, bircə “ Dədə Qorqud”da tanrılar yoxdur. Skandinaviyada isə tanrılar var.

Dastanımızı müsəlman (Osmanlı sarayı katibləri) yazıb deyə. Dastandan xeyli hissəni itirmişik. Tanrıar hissəsini. Tanrı, Humay, Dəmirdağ, Ağrıdağ hissəsini. Dədə Qorqud məsələn, Qazılıq dağından bəhs edir. Qazıllq dağı kişidir, qadınlar ona baxanda yaşmaqlanırmışlar.

Mənim babam Binnət çoban idi. Canavar onun düşməni idi, neçə dəfə canavarla üz-üzə gəlmiş, çomağı ilə özünü qorumuşdu.
Qorxusuz adam idi. Qayış kimi arıq və qayış kimi möhkəm.

Amma qurd deyəndə mütləq hörmətlə danışardı. Halbuki, eyni heyvandır. “Canavar” deyəndə söyər, “qurd” deyəndə məğrurcasıma susardı. Çoxunuz bilməz.

Çoxunuz bilməz, Qarabağda qurban deyə xoruz kəsirdilər dünənə qədər. Hətta ölkə başçısı Ağdamda bünövrədən əvvəl dağdağan ağacı əkdi. Müqəddəsdir o ağac. Humay ananın timsalıdır sanki. Uşaq vaxtı illərlə dağdağandan qolbağ taxmışam. Artıq məktəbə gedəndə utandım. Başqa uşaqlar qolunda budaq gəzdirmirdilər deyə. Amma çoxunuz bilməz.

Qarğaları sevərdik. Babam qanadı qırıq qarğa gətirmişdi evə. Mən oynayım deyə. Belə baxanda ziyankar quşdur, cücə zad daşıyırdı, amma qıymamışdı ona. Quş da qanadı sağalanda uçdu getdi. Beş yaşım var idi. Mən isə o quşla xəyallar qururdum. Qarğa Skandinaviya tanrısı Odin-in (bəli, rusların odin-bir sözü oradan gəlir) xəbərçisi, müqəddəs heyvan idi.

Dədə Qorqud ciddi mirasdır. Sizə bir hekayə də danışım, sonra dağılışaq. Tofiq Yaqublunun yaxın qohumu Arif Acal danışmışdı. “Dədə Qorqud” filminin ssenariyası ədəbiyyat institutunda ciddi tənqidə məruz qalmışdı. Amma sonra buraxdılar, icazə verdilər. Filmin ssenariyasına görə, Qıpçaq Məlik haqsız idi, düşmən idi. Dastana görə isə Qıpçaq Məlik haqlı idi. Qazan xan isə haqsız.

Anar doğru düşünmüşdü. Sovetin senzurasından ancaq türkün türkə düşmənçiliyi keçə bilərdi. O da dastanı film şəklində geniş kütləyə yaymaq üçün belə saxtakarlığa getmişdi - Qıpçaq Məliyi düşmən, Qazan xanı qəhrəman etmişdi. Ədəbiyyat institutunda bunu anladıqları üçün Mahaçqaladakı senzora müsbət rəy göndərdilər.

Buradan çıxan nəticələr:

-Öz əsərinizi vaxtında özünüz yazın

-Siyasət gələcək üçün məqsəd güdən keçmişin qumarıdır. Siyasətdə qumarbaz olun

-Zəif vaxtı sakit, güclü ikən Oğuz elində toy qurun, şənlik edin

-Hər məsəlınin kökünü öyrənməyə çalışın.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədə daha 59 nəfər virusdan öldü 24 İyun 2021, 22:29 Xarici işlər nazirləri Bakıya gəlir 24 İyun 2021, 22:16 "Keşlə" portuqaliyalı futbolçu ilə müqavilə imzaladı 24 İyun 2021, 22:05 Göygöldə gənc qız sirkə turşusundan zəhərləndi 24 İyun 2021, 21:52 Con Sallivan Moskvaya qayıtdı 24 İyun 2021, 21:39 Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32 İlham Əliyev döyüşdə fərqlənən hərbçiləri TƏLTİF ETDİ 24 İyun 2021, 17:26 UEFA səfər qolu qaydasını ləğv etdi - RƏSMİ 24 İyun 2021, 17:20 Dolların məzənnəsi sabit qaldı 24 İyun 2021, 17:14
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?