1 İyul 2021, 21:36 | Ana Səhifə - Yazılar - MEDİA Agentliyi hansı meyarı əsas götürdü?
MEDİA Agentliyi hansı meyarı əsas götürdü?

Elman Babayev

Qaliblər seçilərkən həm də o saytlara üstünlük verilib ki, onların maliyyə yardımına ciddi ehtiyacı var


Medianın İnkişafı Agentliyi (MEDİA) kütləvi informasiya vasitələrinə dəstək layihələrinin qaliblərini elan edib. Nəticələrə əsasən, ümumilikdə 60-a yaxın media subyektinə maliyyə dəstəyi göstəriləcək.


Onlardan 39-u onlayn media subyektləridir (veb-saytlar) və bu, bir ilkdir. Məlumdur ki, indiyə qədər saytlara dövlətin xətti ilə hər hansı yardım həyata keçirilməyib. Birinci dəfədir ki, saytların inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müsabiqə təşkil edilib.


Eyni zamanda, ənənəvi olaraq çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri də müəyyənləşib. Agentlik ümumilikdə 18 qəzetə dəstək göstərəcək.


Yuxarıda qeyd etdiyimiz kimi, saytlara maliyyə dəstəyinin göstərilməsi aksiyası birinci dəfədir icra olunur. Çap mediası dövlətin dəstəyindən bəhrələnsə də, saytlar üçün bunun həyata keçirilməsi indiyə qədər mümkün olmayıb.


Qalib saytların siyahısı olduqca genişdir. Onların sırasında həm ictimai-siyasi, həm də idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri yer alıb.


Siyahıya nəzər salsaq görərik ki, qaliblər arasında kifayət qədər tanınmış saytlarla yanaşı, bir sıra yeni yaranmış saytlar da var. Məhz bu amili əsas götürüb müsabiqənin nəticələrinə kölgə salmaq cəhdləri təəssüf doğurur. Müsabiqə elan olunarkən konkret tələblər irəli sürülmüşdü. Orda yazılmamışdı ki, məsələn 3 il öncə yaranmış sayt bu müsabiqədə iştirak edə bilməz. Və ya bəzi rəylərdən belə çıxır ki, kim hansı saytı oxumursa, o sayt tanınmış sayt deyil, həmin media qurumunun qalib olması doğru deyil. Bu nə dərəcədə ədalətli yanaşmadır? Təbii ki, ədalətli deyil. Görülən işlərin narazı və razı tərəfləri həmişə olub, bu gün də var.


Bundan başqa, saytlarla bağlı müsabiqə ilkdir və heç sonuncu da olmayacaq. Növbəti müsabiqələrə qatılıb, qalib olmaq imkanı heç kimim əlindən alınmayıb. Onu da nəzərə almaq lazımdır ki, növbəti mərhələdə maliyyə dəstəyi alan saytların hansı işləri gördüyü, qoyulan hədəfə nə dərəcədə çatdığı təhlil olunacaq. Bu baxımdan bu siyahı heç də dəyişməz bir siyahı kimi qəbul edilməməlidir.

Agentliyin şərtlərinə diqqət etsək görərik ki, orada maliyyənin həm də hansı istiqamətlər üzrə xərclənməsi ilə bağlı tələblər var. Onların bir qisminə diqqət edək: maliyyə yardımı göstərilən dövr ərzində media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.


Və ən əsası sirr deyil ki, üç min manatlıq maliyyə yardımına bir çox tanınmış saytların digər saytlarla müqayisədə ciddi ehtiyacı yoxdur. Bəlkə də bu səbəbdən onların bir qismi müsabiqəyə qoşulmayıb. Müsabiqədə qaliblər seçilərkən həm də o saytlara üstünlük verilib ki, onların maliyyə yardımına ciddi ehtiyacı var və maliyyə çatışmamazlığı onların inkişafını əngəlləyir.


Beləliklə, Agentliyin ilk addımını ağına-bozuna baxmadan qaralamaq doğru yanaşma deyil. Obyektivlik qorunub və məhz maliyyəyə ciddi ehtiyacı olan saytların bir qismi qalib gəlib. Bunu alqışlamaq və ümumi işə töhfə vermək daha düzgündür.


Azərbaycanda medianın durumunun ürəkaçan olmamasını hamı bilir. Agentlik də məhz bu durumu dəyişmək üçün fəaliyyətə başlayıb. Azərbaycan mediasının xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün düşünülmüş, dərin islahatların aparılmasına ciddi zərurət var və bu sahədə başlanılan iş təqdir olunmalıdır.


Agentliyin qarşısında konkret yeni vəzifələr qoyulub və onların icrası üçün əmək sərf olunur. Hazırda medianın fəaliyyətini tənzimləyən yeni qanun üzərində iş aparılır. Beləliklə, davamlı və sistemli prosesin astanasındayıq və hamıda belə bir fikir hakimdir ki, bu addımlar pozitiv nəticələrə gətirib çıxaracaq.


Görülən iş təkcə keçirilən müsabiqələrlə məhdudlaşmayacaq. Yəni bütün diqqəti bunun üzərinə cəmləmək, Agentliyin fəaliyyətinə yalnız bu prizmadan baxmaq düzgün deyil.


Medianın fəaliyyətinin şəffaflaşdırılması, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün də real addımların şahidi olacağıq. Nəticə etibarilə müasir, qabaqcıl fəaliyyət prinsiplərinə söykənən, ən əsası siyasiləşməmiş media subyektlərinin daha da güclənməsinin, qeyri-peşəkar, qərəzli medianın isə tədricən sıradan çıxması qaçılmaz olacaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşən şəxslərin axtarışlarına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55
SORĞU Hansı vaksinə etibar edirsiniz?