21 İyul 2021, 12:00 | Ana Səhifə - Yazılar - İndi sizləri pulsuz-parasız dinləyirlər, bunun nəyi pisdir ki?
İndi sizləri pulsuz-parasız dinləyirlər, bunun nəyi pisdir ki?

Fazil Mustafa

İsraildən yeni texnologiya vasitəsi ilə xeyli tanış simaların dinlənildiyi iddia olunur. Hətta siyahı da dərc olunub. Bir az da təşviş yaranıb. Bir qisim də burada hökuməti suçlamağa başlayıb.

Əslində bu özlüyündə çox pozitiv bir faktdır. Hər dəfə üzümüzü insanlara tutub bağırırıq ki, bir dinləyin görək nə deyirik, vecinə alan yox. İndi sizləri pulsuz-parasız dinləyirlər, bunun nəyi pisdir ki? Təki dinləyən olsun, o halda hər kəs sözünə çəki-düzən verəcək, davranışlarına diqqət yetirəcək, cəmiyyətə doğru yolları göstərməyə çalışacaq.

Bu məmləkətdə hamı danışır, fəqət dinləyən yoxdur. İndi bu dinləyən də heç olmazsa kənardan tapıldı. Yaxşı ki, adamı beş-on kitab oxumuş yəhudi dinləyir, öz oxumamışlarımız dinləsəydi nə olurdu?

Seyid Əzim Şirvani Azərbaycanın ən nəhəng ədəbi dühalarından və maarifpərvərlərindən biri olub. Onu dinləməyə hövsələsi çatmayan dinçi babalarımız vücudunu məscidin qapısına sıxışdırıb, çırpıb öldürmüşdülər. Böyük Sabiri də bir az dinləyəndən sonra bişirdiyi sabunu bazarda almırdılar ki, qoy evdə qız uşaqları acından ölsün. Bu adamların həyatda özləri xoşbəxt olmayıb e, heykəlləri xoşbəxtdir.

Dinləmək, dinmək, dindirmək, dingildəmək- hamısının mənbəyində din oturub, yanlış din, antiməhəmməd dini, teatr dini, antiquran dini. Quranı dinləmək istəməyən adamı necə dinlər?

Nə deyim, yüzilliklər boyu olduğu kimi müasir çağda da sözü qoyub lafı dinləyəcəksinizsə, yəhudi də, ingilis də, çinli də sizi dinləyəcəkdir. Və sevinəcəklər ki, hələ də söylədiklərinizdən heç nə başa düşülmür.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kəlbəcər ilk qar yağdı - VİDEO 25 Sentyabr 2021, 16:52 Ötən gün PEYVƏNDLƏNƏNLƏR 25 Sentyabr 2021, 16:45 Yoluxma azaldı - 18 nəfər öldü 25 Sentyabr 2021, 16:40 Nazir yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb 25 Sentyabr 2021, 16:36 Zaqatalada sel ölümə səbəb oldu 25 Sentyabr 2021, 16:29 Binəqədidə ağacəkmə aksiyası - Fotolar 25 Sentyabr 2021, 16:22 Azərbaycan və Qırğızıstan XİN başçıları görüşdü 25 Sentyabr 2021, 16:15 Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan 25 Sentyabr 2021, 16:08 "Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?