Modern.az

Serbiya parlamentinin yeni sədri seçildi

Serbiya parlamentinin yeni sədri seçildi

Dünya

Bu gün, 17:48

Serbiya parlamentinin deputatları "Tələbə siyahısı"nın namizədi Aleksandar Çupiçi parlamentin yeni sədri seçiblər.

Modern.az xəbər verir ki, səsvermədə iştirak edən 239 deputatdan 140-ı Çupiçin, 97-si isə "Aleksandar Vuçiç – Serbiya qalib gəlir" deputat qrupunun namizədi Stoyan Radenoviçin lehinə səs verib.

Seçkidən sonra Aleksandar Çupiç parlamentin təsis iclasına sədrlik etməyə başlayıb.

Qeyd edək ki, 1978-ci ildə Prokuplye şəhərində anadan olan Çupiç Nəqliyyat fakültəsinin məzunudur. O, bakalavr, magistr və doktorantura təhsili alıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!