Yaxın üç gün ərzində 25 dərəcə isti olacaq

Yaxın üç gün ərzində 25 dərəcə isti olacaq

Ölkə

21 Oktyabr 2009, 10:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Cənub küləyinin sürəti 5-10 m/s, gündüz arabir 13 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 22-25 dərəcə isti təşkil edəcək.
Modern.az Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 22-də də paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 22-25 dərəcə isti olacaq.
Oktyabrın 23-də hava şəraitinin yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-14, gündüz 22-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 21-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 12-16, gündüz 22-26, dağlarda gecə 5-9, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
22-23 oktyabr tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Oktyabrın 23-də axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 16-21 dərəcə isti olacaq.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı