Əhməd Davutoğlu parlamentdə protokollardan danışdı

Əhməd Davutoğlu parlamentdə protokollardan danışdı

Təhsil

21 Oktyabr 2009, 16:56

Türkiyənin xarisi işlər naziri Əhməd Davutoğlu bu saatlarda Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla əlaqədar Türkiyə Böyük Millət Məclisində çıxış edir. Modern.az "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, Ə.Davutoğlu bildirib ki, hökumər bundan sonra Türkiyənin bütün əhəmiyyətli xarici siyasətində parlamentdəki siyasi partiyaları məlumatlandırmaqda davam edəcək: "Türkiyənin xarici siyasətinin təməli möhkəmdir. Hər vaxt olduğu kimi amacımız ölkəmizin ətrafında barış yaratmaqdır. Bütün ətraf bölgələrimizdə, quru və dəniz hövzələrində rifah qurşağı meydana gətirmə səyini davam etdirəcəyik".
Nazir bildirb ki, donmuş münaqişələr ətraf ölkələrdə, partlamağa hazır bomba kimidir: "Cənub Qafqaz ölkələri arasında qarşılı güvənə söykənən siyasi dialoq zəmini yoxdur, bunu gücləndirmək lazımdır. İqtisadi əlaqələr zəifdir. Qarşılı iqtisadi asılılıq olmadan qalıcı barış mümkün deyil. Bunun üçün tək üsul vardır. Barışçıl üsullarla bizim istədiyimiz, siyasi dialoq zəmini meydana gətirən bir nizam ətrafında yenidən şəkilləndirmək".
Azərbaycan-Ermənistan mövzusundan danışan Ə.Davutoğlu deyib ki, Azərbaycanın torpaq bütünlüyünə hörmət edərək problemi həll etmək, həllə təcil qazandırmaq lazımdır.Onun sözlərinə görə, protokol Türkiyə ilə Ermənistan arasında normal əlaqələrin təsis edilməsi üçün qarşılıqlı torpaq bütünlüyünü qorumağı zəmanət altına alır. Yəni Ermənistanın torpaq tələbində olmadığı da Ermənistan tərəfindən təsdiq edilir.
Xarici işlər naziri bildirib ki, Türkiyənin hədəflərindən biri bu protokola paralel olaraq ümumi bir normallaşma zəmininin meydana gəlməsi. Azərbaycan Ermənistan arasındakı problemin həllə qovuşdurulmasıdır: "Protokolda torpaq bütünlüyü və sərhədlərə hörmət vurğulanır. Son bir il içində yaşadığımız praktika nə? Bu müzakirələr sürərkən, Azərbaycan Ermənistan problemin həlli sürət qazanıb. Son 5 ay içində Azərbaycan və Ermənistanın dövlət başçıları 5 dəfə görüşdülər.
...Bizim hər vəsiləylə vurğuladığımız kimi, Türkiyə üçün Azərbaycanın torpaq bütünlüyü bizim torpaq bütünlüyümüz qədər əzizdir və bu mövzuda 17 ildir Türkiyə qədər səy göstərən yoxdur, bunu da göstərəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı